DÜNYA
“Honda” 2027-ci ilə qədər Çində növbəti nəsil elektrik avtomobilləri buraxacaq
Bakı, 17 aprel, AZƏRTAC
Yaponiyanın “Honda Motor” şirkəti 2027-ci ilə qədər Çində “Ye” brendi altında altı elektrik avtomobili (EV) modeli buraxmağı planlaşdırır.
AZƏRTAC “Honda” şirkətinə istinadla xəbər verir ki, 2035-ci ilə qədər ölkədə elektrik avtomobillərin 100 faizlik satışını təmin etmək məqsədilə, şirkət, həmçinin 2027-ci ilə qədər Çində “Honda” brendi altında ümumilikdə 10 elektrik avtomobil modeli buraxmağı planlaşdırır.
Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı “General Motors” və “Volksvagen” kimi Avropa və Amerika rəqiblərindən avtomobillərin satış sürətində geri qalır.
Çinin elektrik avtomobilləri istehsalçıları tərəfindən artan rəqabət ilə üzləşən “Honda” və “Nissan Motor” ötən ay bildiriblər ki, əsas komponentlər və proqram təminatı sahəsində tərəfdaşlıq imkanını nəzərdən keçirirlər.
Yanvar ayında “Honda” “Honda 0 Series” elektrik avtomobillərini və iki konseptual modelini Las-Veqasdakı “CES” sərgisində təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]