DÜNYA


“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək

Bakı, 26 may, AZƏRTAC

“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir.

AZƏRTAC “Planet Today” resursuna istinadən bildirir ki, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq. “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb.

Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb.

İlk dəfə 2011-ci ilin ortalarında təqdim edilən “Apple” şirkətinin “iCloud” “bulud” servisi qurğular (PC, “Mac”, “iPod Touch”, “iPhone”, “iPad”) arasında müxtəlif informasiyanı sinxronlaşdırmağa imkan verir. Burada bütün istifadəçilərə müxtəlif informasiyanı saxlamaq üçün 5 qiqabaytlıq disk verilir. Servis, həmçinin “iTunes” musiqi pleyeri ilə sinxronizə edilib. “iCloud” vasitəsilə elektron poçt məlumatlarının mübadiləsi mümkündür. Yaxın insanların və dostların əvvəlcədən razılığı ilə onların olduqları yerlər haqqında məlumat əldə etməyə imkan verən “Dostları tap” əlavəsi xüsusi diqqət cəlb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.