DÜNYA


“iOS” üçün mobil intellektual kamera əlavəsi təqdim olunub

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

“Microsoft” korporasiyası “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün yeni “Microsoft Pix” intellektual kamera proqramı hazırlayıb.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, “Windows Phone” və “iOS” platformaları üçün nəzərdə tutulan iki mövcud “Blink” və “Selfie” proqramının imkanlarını özündə birləşdirir. İşə salındıqdan sonra "Microsoft Pix” obyektivə düşənlərin hamısını avtomatik izləməyə başlayır və istifadəçi sürgü düyməsini basan zaman əlavə çəkilişdən əvvəl və sonrakı anların bir neçə kadrını ona təklif edərək daha uğurlu kadrı seçməyə imkan yaradır.

Həmçinin “Microsoft Pix” kadrda insanların üzündə fokuslamadan istifadə edilən zaman “ISO” parametrini avtomatik qurur. Daha bir funksiya “canlı” fotoşəkillərin yaradılması ilə əlaqədardır. Belə ki, kadrda maraqlı hərəkət qeydə alınanda proqram onu animasiyaya çevirir. Bundan başqa, əlavə daha uğurlu kadrı seçərək onun keyfiyyətini yaxşılaşdırır.

“Microsoft Pix” əlavəsini yaxın vaxtlarda "App Store” əlavələr mağazasından yükləmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.