DÜNYA


“iPhone 8” smartfonu sukeçirməz korpusla təchiz ediləcək

Bakı, 17 iyun, AZƏRTAC

Hindistanda “iPhone” smartfonlarının istehsalı ilə məşğul olan Tayvanın “Wistron” şirkətinin baş direktoru Robert Hvanq “Apple” şirkətinin yeni smartfonu haqda bəzi şayiələri təsdiq edib. AZƏRTAC xəbər verir ki, bu haqda “Nikkei Asian Review” nəşri yazır.

R.Hvanq yeni “iPhone 8” smartfonunun sukeçirməz korpusla təchiz ediləcəyini deyib. Bundan başqa, o, cihazın simsiz enerjidoldurma sistemi ilə təchiz edilməsi ilə bağlı yayılmış şayiələri təsdiqləyib.

Məlumata görə, iPhone smartfonunun quraşdırma prosesi əvvəlki nəsillərlə müqayisədə çox dəyişməyib, hərçənd sukeçirməzlik və simsiz enerjidoldurma kimi yeni funksiyalar bir qədər başqa test tələb edir.

Yeni “iPhone” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.