DÜNYA


“iPhone 8” və “iPhone 7s Plus” smartfonlarının istehsalına başlanılıb

Bakı, 10 iyun, AZƏRTAC

Məşhur insayder Bencamin Geskin “Twitter” səhifəsində “iPhone 8” və “iPhone 7s Plus” smartfonlarının sonuncu çertyojlarını dərc edərək qurğuların istehsalına başlanılmasını bildirib.

AZƏRTAC “Life www.life.ru” resursuna istinadən xəbər verir ki, “iPhone 8” smartfonunun ölçüləri bir qədər irəliyə çıxan kamera modulu nəzərə alınmadan 143,4 x 70,77 x 7,51 millimetr təşkil edir. Bundan başqa, çertyojdan məlum olur ki, “Touch ID” sensoru qurğunun ekranının arxasında yerləşəcək. Beləliklə, arxa paneldə barmaq izi skanerinin quraşdırılacağı barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Öz növbəsində, “iPhone 7s Plus” smartfonunun qabaritləri 158,38 х 78,1 millimetrə bərabər olacaq. Yeni smartfonun ölçüləri əvvəlki nəsil qurğuların analoji göstəricilərinə uyğun gəlir. Həmçinin qeyd olunur ki, “iPhone 8” xarici görünüşünə görə bir müddət əvvəl dərc edilən fotoşəkillərlə uyğunluq təşkil edir. Bundan əlavə, “iPhone 7s Plus”un dizaynı hazırkı qabaqcıl “Apple” qurğusundan fərqlənməyəcək.

Xatırladaq ki, B.Geskin bundan əvvəl yeni “Apple” smartfonlarının sentyabrın 17-də nümayiş olunacağı, qurğuların satışına həmin ayın 25-dən etibarən başlanacağı barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.