DÜNYA


“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxmasını gözləyir

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxması ilə yeni qurğudan istifadəyə keçməyi planlaşdırır. Bu barədə 1014 “Apple” istifadəçisi arasında sorğu keçirən “Insurance2GO” sığorta şirkətinin hesabatında məlumat verilir.

AZƏRTAC “DNI24” saytına istinadən xəbər verir ki, rəyi soruşulanların 50 faizi bu il öz köhnə "iPhone”nu sentyabrda satışa çıxarılacaq “iPhone 7” modeli ilə əvəz etmək niyyətindədir. Həmçinin “Apple” istifadəçilərinin 19 faizi qurğularını Cənubi Koreyanın “Samsung” şirkətinin telefonlarına dəyişdirəcək, respondentlərin təxminən 8 faizi isə digər istehsalçının smartfonunu almağı düşünür.

Rəyi soruşulanların əksəriyyəti bu il istifadə etdiyi qurğunu yeniləmək istəsə də, 23 faizi hələlik köhnə qurğudan istifadə edəcək. Onların çoxu maliyyə çətinlikləri ilə əlaqədar yeni telefon ala bilmir. İstifadəçilərin bəziləri əmindir ki, onların hazırkı qurğularının texniki xüsusiyyətləri tələbata tam uyğundur və onu yeniləməyə ehtiyac yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.