DÜNYA


“iPhone” üçün “Word Flow” klaviaturası ləğv edilib

Bakı, 1 avqust, AZƏRTAC

“Microsoft” korporasiyası “App Store” əlavələr mağazasında “iPhone” üçün “Word Flow” klaviaturasını ləğv edib. Korporasiya bunu eksperimentin başa çatması ilə izah edərək istifadəçilərə “SwiftKey” klaviaturasından istifadəni tövsiyə edir.

AZƏRTAC “Macdigger” resursuna istinadən xəbər verir ki, “Word Flow” böyüdülmüş displeylərdə mətnlərin tək əllə yığılması üçün nəzərdə tutulan klaviaturadır. 2016-cı ilin aprelində təqdim edilən proqram “iPhone” smartfonunun “Plus” versiyalarının istifadəçiləri arasında populyar olub. Klaviatura mətni bir əllə yığmağa imkan verir və klavişləri həm adi, həm də yarımdairəvi şəkildə yerləşdirmək mümkündür ki, bu da onu böyüdülmüş ekranlarda istifadə üçün ideal edir.

Məlumata görə, “iPhone” istifadəçiləri bundan sonra əlavəni “App Store”dan yükləmək, onu əvvəllər quraşdıranlar isə yeniləmək imkanından yararlana bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.