DÜNYA
“iPhone”da yeni funksiya istifadəyə verilib
Bakı, 29 mart, AZƏRTAC
“iOS” qurğu istifadəçiləri artıq mobil əməliyyat sisteminin yeni - 10.3 versiyasını quraşdırmaqla itmiş simsiz “AirPods” qulaqcıqlarının axtarışına kömək edən unikal funksiyadan yararlanmaq imkanı əldə ediblər.
AZƏRTAC “Apple” şirkətinə istinadla xəbər verir ki, funksiyadan istifadə üçün smartfonda “Bluetooth”u qoşaraq “iPhone” və qulaqcıq arasında birləşməni gözləmək tələb olunur. Bundan sonra “iPhone”u tap” proqramını açaraq qurğular siyahısında “AirPods” qulaqcığını seçmək və “Səsləndir” düyməsini sıxmaq lazımdır.
Qeyd edək ki, itmiş qulaqcıq bağlı enerjidoldurma çexolunda olanda səsləndirmə funksiyası işləmir. Bundan başqa, “iOS” sisteminin 10.3 versiyasında istifadəçi haqqında ətraflı məlumat və şəxsi qurğulara tez keçid almaq üçün əlavə yuxarı panel istifadəyə verilib.
Əməliyyat sistem üçün yenilənmə ilə yanaşı, “Apple” şirkəti “tvOS”, “macOS” və “watchOS” sistemlərinin yeni versiyalarını təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]