Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 18; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 23; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 11, maddə 928; 2007-ci il, № 1, maddə 4, № 7, maddə 712; 2010-cu il, № 7, maddə 591) 1-ci maddəsində “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, hərbi məhkəmələrin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin