CƏMİYYƏT
İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb
Bakı, 23 aprel, AZƏRTAC
Yasamal rayonundakı idman zallarından birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektin sahibi rayon polis idarəsinin 26-cı polis bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalar nəticəsində pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlər nəticəsində saxlanılaraq 26-cı polis bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.