DÜNYA
II YEKATERİNANIN BƏZƏK SANCAĞI HƏRRACDA ÇOX BAHA QİYMƏTƏ SATILMIŞDIR
Bakı, 24 aprel (AZƏRTAC). Rusiya imperatriçası II Yekaterinaya məxsus bəzək sancağı Nyu-Yorkdakı “Kristis” hərrac evində keçirilən satışda çox baha qiymətə - 1 milyon 650 min dollara satılmışdır.
Altmış karatlıq Kolumbiya zümrüdü və 20 iri brilyant qaşla bəzənmiş sancağın ilkin qiyməti 1-1,5 milyon dollar olmuşdur.
Qeyd edək ki, qeyri-adi bəzək sancağı 1972-ci ildə amerikalı kolleksiyaçıya satılmış və indiyədək ona məxsus olmuşdur.
Ən bahalı əşyalardan biri - imperator Maksimiliana məxsus brilyant 1 milyon 762 min dollara satılmışdır.
Hərraca çıxarılan on iki əşyanın hərəsi bir milyon dollardan yuxarı qiymətə satılmışdır. Satışdan ümumilikdə 41 milyon 276 min dollar əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]