İDMAN
İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Çelsi”ini məğlub edib
Bakı, 14 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 14-də futbol üzrə Topaz Premyer Liqasında XXXVI turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda oynanılan görüşdə çempionluğa iddialı “Liverpul” “Çelsi” komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki komandanın birinci hissədə ardıcıl hücumlarına baxmayaraq hesab açılmayıb.
Fasilədən sonra 51-ci və 53-cü dəqiqələrdə “Liverpul” iki qol vuraraq qələbəyə nail olub. Oyunda Sadio Mane və Məhəmməd Salah fərqləniblər.
“Liverpul” klubunun əzəli rəqibi “Mançester Siti” isə səfərdə “Kristal Palas” klubunun qonağı olub. Görüşdə qonaqlar 3:1 hesablı qələbə qazanıblar.