Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

London, 4 may, Aytən Abbaslı, AZƏRTAC

Budəfəki müsahibimiz Azərbaycandan Londona “innovator” vizası ilə gedən ilk azərbaycanlı xanım Fidan Cavadovadır. O, yaşıl enerji ilə bağlı “BeWorks Automation” adlı startapın qurucusudur və hazırda elektromobillər üçün şarj qurğuları infrastrukturu üzərində çalışır.

AZƏRTAC Fidan Cavadova ilə startapla bağlı reportajını təqdim edir.

- Startapınız haqqında məlumat verə bilərsinizmi?

- “BeWorks Automation” yaşıl enerji startapıdır və əsasən üç başlıca istiqaməti əhatə edir. Birinci istiqamət elektrik mühərrikli avtomobillərin şarj infrastrukturunun qurulmasıdır. İkinci biznes istiqaməti isə günəş enerjisi layihələridir. Buna bütün layihələrin sıfırdan planlanması, həmçinin günəş panellərinin və layihələrə gərəkli olan digər aksessuarların seçilməsi, onun dizaynı, təchizatı və quraşdırılması daxildir. Üçüncüsü isə “BeWorks Automation” adından da göründüyü kimi, avtomatlaşdırmadır. Burada da bir çox “IoT” və rəqəmsal transformasiya üçün lazım olan həll yollarını təqdim edirik.

- Nəyə görə yaşıl enerji sahəsində startap qurmağa qərar verdiniz?

- Biz mühəndis ailəsiyik. Bu sahəyə maraq mənə ailədən gəlir. Atamın bərpaolunan enerji sahəsinə çox böyük marağı olub. Ona görə gənc yaşlarımızdan həmişə mənə və qardaşıma bu fikirləri aşılayırdı ki, bərpaolunan enerji, günəş enerjisi bizim gələcəyimizdir. Bizə başa salırdı ki, tükənən enerji resursları bir yerə qədərdir. Bunu təkcə fikir olaraq bildirmirdi, həm də bizə praktikada göstərirdi. Hələ 15 il öncə atam günəş panelləri alıb evimizdə kiçik bir sistem qurmuşdu və qardaşımla mən bu infrastrukturun necə işlədiyini praktikada görmüşdük. Hər il yaşımız artdıqca mühəndislik cəhətdən o sistemin necə işlədiyini başa düşürdük. Hətta günəş panelləri enerji sərfiyyatını optimallaşdırdığına görə elektrik xərclərimiz də az gəlirdi. Qonşularımız bizdən soruşurdu ki, necə olur sizin xərcləriniz az gəlir? Biz də onlara başa salırdıq ki, evimizdə günəş panelləri işlədirik. Beləcə, həm öyrədici, həm də gülməli hallar yaşanırdı. Bu startapı qurmaq ərəfəsində də atam mənim ən böyük mentorum olub. Həm strategiya, həm də yeni məhsullar barəsində onun fikirlərini öyrənmişəm və düşünürəm ki, bu biznes ideyasını düzgün seçmişəm.

- “İnnovator” vizasını almaq çətin oldumu?

- Mən vizaya müraciət edəndə “innovator” vizası yeni elan olunmuşdu. O, bundan əvvəl “Entrepreneur” vizası adlanırdı və onun şərtləri bir az fərqli idi. “İnnovator” vizasının şərtləri ilə tanış olandan sonra gördüm ki, mənə uyğundur və bəxtimi sınamaq istədim. Biznes istiqamətlərini yazdım. Yeni viza növü olduğu üçün mən müraciət edəndə onun haqqında çox da məlumat yox idi. İngiltərədə hüquqşünaslara müraciət edəndə onlar deyirdilər ki, bu haqda məlumatımız yoxdur, bu, yeni istiqamətdir. Mən yenə də vizaya müraciət etmək qərarına gəldim və uğurlu da oldu.

- Siz dediniz ki, elektrik mühərrikli avtomobillər şarj infrastrukturu üzərində işləyirsiniz. Bəs sizin gördüyünüz işlər rəqiblərinizin şarj infrastrukturundan nə ilə fərqlənir? Müştəri nəyə görə başqasını yox, sizi seçməlidir?

- Britaniyada yaşıl enerji ilə bağlı çoxlu startaplar var, layihələr həyata keçirilir. Bu ölkədə bu biznesdə önəmli cəhətlərin olmalıdır ki, sən onlardan bir addım qabaqda olasan, çünki rəqabət çoxdur. Müştəri səninlə danışanda bilmək istəyir hansı cəhətin fərqlidir ki, o, sırf bu şarj alətini başqasından deyil, səndən alsın. Bizim şarj alətinin ən əsas fərqlərindən biri odur ki, biz əlçatan bir texnologiya yaratmışıq. Bilirsiniz ki, elektrik mühərrikli avtomobillərdə kabel texnologiyası, naqillər ağır olur. Bu da yaşlı və fiziki çətinlikləri olan sürücülər üçün problemlər yarada bilir. Sırf o cəhətdən də onlar elektromobil fikrindən soyuya bilirlər. Bizim texnologiyamıza əsasən onlar avtomobillərini şarj edən zaman sessiya başlayanda kabel onların yanına avtomatik gəlir, onlar, sadəcə, kabeli götürüb avtomobillərinə qoşurlar. Biz öncə bu prototip üzərində çalışmağa başladıq. Konsept məndə uzun zamandır var idi. Hər bir startapın yaralı yeri olan investisiya məsələsini həll etməyə çalışırdıq. Artıq investisiya və dövlətdən qrantlar aldıqdan sonra aktiv şəkildə bu prototipin istehsalına davam etdik. Hazırda bu prototipin 80 faizini tamamlamışıq. Son addımlar akkreditasiya mərhələsidir ki, onu bitirdikdən sonra satışa çıxara biləcəyik. Həmçinin bizim şarj infrastrukturumuz ona görə fərqlənir ki, biz həm daha rahat, daha anlaşıla bilən interfeys yaratmışıq. Sizə nəyi necə etmək lazım olduğu mobil tətbiq vasitəsilə mərhələ-mərhələ izah olunur. Biz əlimizdən gələni edirik ki, elektrikli avtomobilə keçən insanlar üçün heç bir maneə olmasın. Bu şarj alətinin üzərində bir ilə yaxındır ki, işləyirik. Yaxın zamanda, təxminən iki ay ərzində bunu tamamlayacağıq.

- Necə oldu ki, siz çətinliyi olan sürücülər üçün şarj aləti yaratmağa qərar verdiniz?

- Əslində, biznes ideya olaraq ağlımda konseptlər hər zaman olub. Ancaq bəzən sırf bir potensial müştəridən, onun probleminin nə olduğunu başa düşdükdən sonra anlayırsan ki, burada həqiqətən də bir problem var, bunun həll yolu tələb olunur. İnnovasiyaya çox marağı olan yaşlı bir qonşumuz var idi. Onunla da fikirlərimi paylaşmışdım və o, çox həvəslə istəyirdi ki, elektrik avtomobillərinə keçid etsin. Sırf naqillərin ağırlığından şikayətlənirdi. Deyirdi ki, həm naqillərin ağır, həm də interfeysin çətin olması səbəbindən yaşlı adamlar üçün elektrik mühərrikli avtomobil istifadə etmək asan iş deyil. O düşünürdü ki, hər dəfə maşını şarj etmək istəyəndə kimdənsə kömək istəməli olacaq. O da heç kəsdən kömək almaq istəmirdi. Mənə deyirdi ki, Fidan, nə vaxtsa şarj aləti yaratmaq istəsən bunu nəzərə alarsan. Mən də bu arqumenti test etdim və belə bir problemin olduğunu gördüm. Daha sonra fikir verdim ki, qonşularımdan bir çoxu bir problemi qeyd edir. Bu universal bir şarj aləti olmalıdır, ona görə düşündüm ki, hər kəsin problemləri nəzərə alınmalıdır. Heç kəsin problemi görməzdən gəlinməməlidir. Bu da prototipin üzərində çalışmağıma səbəb oldu.

- İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri nələrdir?

- İlk növbədə, sevdiyim işi görürəm. Bu, hər gün təkrarlanan bir iş deyil. Hər gün sənin qarşına yeni bir innovasiya çıxır. Daima inkişaf var, heç vaxt darıxmırsan, hər gün xəbərləri açanda yeniliklərin olduğunu görürsən. Bu da tələb edir ki, təsisçilər və bu işlə məşğul olan insanlar yeniliklərlə ayaqlaşsınlar. Çünki innovasiya bu işləri qabağa aparır. Bundan başqa, iş və şəxsi həyat balansını özümün təyin edə bilməyim çox gözəl haldır. Həm də iş saatlarım rahatdır. Artıq COVID-19 pandemiyasından sonra çoxları Britaniyada saat 09:00-17:00 arası çalışmır. Burada insanlar işə də vaxt ayırır, öz məqsədlərinə də çata bilirlər və bu, çox önəmlidir.

Xoşuma gəlməyən cəhətlərinə gəldikdə isə… Tam olaraq bunu xoşuma gəlməyən adlandırmazdım. Çünki düşünürəm ki, yaşadığım çətinliklər də püxtələşməyimə səbəb olur. Ən böyük çətinlik o zaman olur ki, qarşıma qoyduğum məqsədləri dərhal həyata keçirə bilmirəm. Məsələn, deyirik ki, müəyyən məbləğdə investisiya cəlb etdikdən sonra bu işə filan tarixdə başlayacağıq. Ancaq startap aləmində bu belə deyil. Planlar bir gün içərisində 180 dərəcə dəyişə bilir. Ona görə də daha düşüncəli, strateji davranmaq lazımdır ki, “plan A” həyata keçməyəndə “plan B” olsun.

- Komandanızda sizdən başqa kimlər var? Həmçinin investorlarınız varmı?

- Mən iki ilə yaxın idi ki, tək çalışırdım. Artıq işlər çoxalandan və yeni məhsul üzrə işləməyə başlayandan sonra texniki mühəndis, yəni, sistem mühəndisi işə götürmüşük. Həmçinin bəzi partnyorlarımız var ki, onlar da məhsulun yığımında bizə yardımçı olurlar.

“Hardware” (avadanlıq – red.) fokusu olan sahələrdə investisiya qaçınılmazdır. “Software” (proqram təminatı – red.) olan sahələrdə bəzən məhsulun prototipini pulsuz etmək olur. Çox təəssüf ki, bizdə bu şarj alətinin prototipini belə qurmaq üçün investisiya lazımdır. İlkin investisiyamız bu sahəyə və bizim vizyonumuza inanan şəxsi (belə investorlar mələk investor adlanır – red.) investor tərəfindən edildi. Onun investisiyasından sonra biz Britaniya hökumətindən də qrant aldıq. O qrant bizim daha sürətlə inkişafımıza səbəb oldu. Həmçinin burada vençur kapitalı (yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır – red.) olan şirkətlərlə də danışırıq. Düşünürəm ki, onların sayəsində yerdə qalan investisiyaları tamamlayacağıq.

- Ümumiyyətlə, Londonda startap qurmaq çətindirmi?

- Londonda startap ekosistemi çox sürətlə yayılır. Hər gün yeni bir mövzuda startapların yarandığını görürük. Bu sahə çox populyardır. Çətinliyə gəldikdə, bu, startapın hansı mövzuda, sektorda olmasına baxır. Əlbəttə, bəzi startaplara investisiya cəhətdən çox kiçik bir məbləğ lazımdır ki, onlar irəli getsin və satışı olsun. Bəzi startaplarda isə milyonlarla ilkin investisiyaya ehtiyac olur. O zaman işlər uzanır. İndiki zamanda həm Avropada, həm də İngiltərədə investisiya almaq çox çətinləşib. Bu, iqtisadi böhran və inflyasiya ilə də əlaqədardır. Britaniyada investorlar daha ehtiyatla davranırlar. Ona görə də hər startap investisiya alıb inkişaf edə bilmir. Bir çoxları yaradılır və bir il içərisində artıq işini dayandırırlar. Ona görə, startapdan “scale-up” səviyyəsinə çıxana qədər çətindir. Startapın davam etməsi üçün daimi müştərilər lazımdır. Daimi müştərilər olduqdan sonra gəlir də gəldiyinə görə startapın riskləri nisbətən azalır.

- Azərbaycandan sizin kimi startap qurub Londona gəlmək istəyənlərə nə məsləhət verərdiniz?

- Azərbaycanda əvvəlki illərə nisbətən startap sahəsində çox uğurlu işlər görülür. Həm qızlar, həm də oğlanlar tərəfindən daha çox startaplar görürük. Xanımların daha çox bu startap ekosisteminə maraq göstərdiyini görürəm. Bu, çox sevindirici haldır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, hər bir startapda təsisçilər hər zaman öz ideyalarının möhtəşəm olduğunu düşünürlər. Fikirləşirlər ki, bu ideya çoxlu pul gətirəcək və s. Onlar məsləhətləşmədən məhsulu bir istiqamətdə istehsal edir, satmağa çalışırlar. Bu, düzgün yanaşma olmaya bilər. Ona görə yeni başlayan startapçılara məsləhətim odur ki, ideyanıza inanırsınızsa, mütləq onu araşdırın, mentorlarınız varsa, onlarla məsləhətləşin. Daha aydın başa düşün ki, bu startap hansı problemi həll edir. Bunu aydınlaşdırandan sonra çətinliklər ola bilər, amma bu o demək deyil ki, dayanmalısınız. Əgər həqiqətən də məqsədli şəkildə bu ideyanı araşdırmısınızsa, çətinliklərə də məruz qalsanız, çalışın bu sahədə ixtisaslaşan insanlarla məsləhətləşəsiniz, biznes ideyanızı daim inkişaf etdirəsiniz.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada ilin əvvəlindən bəri ilk dəfə min kubmetr qazın qiyməti 400 dolları ötüb

Türkiyədə son bir həftə ərzində 48 terrorçu zərərsizləşdirilib

Media: Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir

İyulun 11-i Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edilib

Mərakeşin 15-ə yaxın turizm şirkəti Azərbaycandadır

ABŞ-da ukraynalı pilotların ilk qrupu F-16-nı idarə etmək üçün təlim keçib

Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub

Moskvada yataqxanada baş verən yanğında 8 nəfər ölüb

Türkiyə Kubokunun sahibi məlum olub

İstanbulda silahlı qarşıdurma, ölən və yaralananlar var

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Kənd təsərrüfatı naziri Yevlaxda fermer təsərrüfatlarına baş çəkib

Çexiya Prezidenti motosiklet sürərkən xəsarət alıb

Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılacaq

AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib

Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Çəkdiyim acıları, üzüntüləri Qarabağda da yaşadım

Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşlarla görüşüb

Gəncədə Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi olub

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

İbrahim Rəisi Məşhəddə dəfn edilib

Mariya Stadnik: İşini sevəndə və özünü ona həsr edəndə həmişə nəticə də olur

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək

Mayın 24-dən 27-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

Azərbaycan zabitləri NATO-nun “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər

Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb

Mərkəzi Bank elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verib

Siyasi tükənmişlik

® “Azercell” və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışıblar

Abdullah Uçan: Azərbaycan-Türkiyə gənclərinin işbirliyi qardaşlıq prinsipinə əsaslanır

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

T.P.Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyənin ədliyyə naziri: Türk Dövlətləri Təşkilatı mühüm işlərə imza atır

“Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına 9,8 milyon manat güzəştli kredit verilib

“Azərkosmos” və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayır

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Şimali Kiprdə azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub VİDEO

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb

Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Bu günədək 35 min 390 tələbə təhsil krediti alıb

® “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən Respublika fənn olimpiadaları yekunlaşıb

Türk dünyasının mədəniyyət sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Britaniyada partiya liderləri seçki kampaniyasına başlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pedaqogika elmi və müasirlik – respublika elmi konfransı

“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

TBMM-in nümayəndə heyəti Milli Məclisin bir neçə şöbəsinin əməkdaşları ilə görüşüb

Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq

“Bu şəraitdə hazırlanan dönər insan üçün təhlükə yaradır” - VİDEOREPORTAJ

Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Bir sıra ümumi təhsil müəssisələrində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir

Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib

“Mən gözəl bir məktəbə qonaq gəlmişəm” - professor Musa Qasımlı

® “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov “Europe-Asia Intermodal Logistics Forum 2024: New Silk Way Shaping”də çıxış edəcək

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlayıb

® “Rabitəbank”da əmanətiniz qazanc üstə qazanc gətirəcək

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkmənistanda beynəlxalq konfransda məruzə edib

Azərbaycanın qadın güləşçiləri Bakıdakı Avropa çempionatının finalına vəsiqə qazanıblar

İRİA-nın sədri BANM-in xanım tələbələri ilə görüşüb

Ankarada türk ölkələrinin vəkillər birliklərinin əməkdaşlıq yolları müzakirə edilib

Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar verilib

Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH

Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub

Elxan “Şimamoto” Xələfov: Blogerlik hələ tam sınanmamış sahədir və onun böyük gələcəyi var

ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Abşeron-Xızı regionundakı məktəblər üzrə I sinfə şagird qəbulu ilə bağlı 9859 sorğu yerləşdirilib

Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində festival keçiriləcək

MOK rəsmisi: Qadın güləşi ilə bağlı layihənin həyata keçirilməsi alqışalayiq addımdır

“S&P Global Commodity Insights” şirkəti ilə Azərbaycanın yaşıl enerji kursuna dair müzakirələr aparılıb

Mərkəzi Bankın əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçiriblər

Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər ediblər VİDEO

Amerikalı güləş mütəxəssisi: Bu layihə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə olacaq

Nazir: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri COP29 çərçivəsində Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır

“COP29: Gənclərin iqlim hərəkatına çağırışı” - BMU-da simpozium

Azərbaycan ilə Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb

Kristi Man: Azərbaycanda qadın güləşi yüksək səviyyədə inkişaf edir

COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib VİDEO

Tarix Muzeyində təsviri və incəsənət nümunələrindən ibarət müsabiqə-sərgi keçirilib VİDEO

Baş katib: Qadın güləşi ilə bağlı layihələr həyata keçiririk

“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb

İnstitut rəsmisi: Sertifikatlaşdırılma imtahanında xarici dil fənlərindən metodika və pedaqogika sualları Azərbaycan dilində olacaq

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb