Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir.

İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır.

Sizə davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

 

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin