İQTİSADİYYAT
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, sentyabrın 7-də AZ2051008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, sentyabrın 7-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 965,71 manat təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 965,71 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2051008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların bazar qiymətinin 965,71 manat olması nəzərə alınmalıdır.