Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İran-Qərb qarşıdurması: Dünən, bu gün və sabah

İran-Qərb qarşıdurması: Dünən, bu gün və sabah

Tehran, 10 oktyabr, AZƏRTAC

Bu gün İran ətrafında cərəyan edən hadisələr yalnız dünya mətbuatının deyil, eyni zamanda, mötəbər beynəlxalq təşkilatların gündəmindəki müzakirə mövzusudur.

Bir tərəfdən ABŞ İranı terrorçuluğu dəstəkləməkdə ittiham edərək ona qarşı iqtisadi sanksiyalar tətbiq edir, digər tərəfdən ərəb dövlətləri İranın regiondakı rolunu məhdudlaşdırmağa çalışırlar.

Nə baş verir? Niyə bu qədər dövlət İranın məhvini arzulayır? Bu sualları cavablandırmaq üçün bəzi məsələlərə bir qədər əhatəli baxmaq lazımdır.

Müasir İran İslam Respublikası 1979-cu il fevralın 11-də baş vermiş İslam inqilabından sonra yaranıb. İnqilaba qədər İran Pəhləvi sülaləsinin rəhbərlik etdiyi monarxiya quruluşuna malik olan dünyəvi dövlət idi. Rza şah Pəhləvi qərbyönümlü siyasi kurs həyata keçirirdi. Tədricən ölkəyə İran xalqı üçün yeni və yad olan Avropa dəyərləri ixrac edildi. Qadınlar başıaçıq gəzirdilər, televiziya kanallarında Qərbin estrada ulduzlarının konsertləri nümayiş olunurdu, hətta Rza şah Hicri-şəmsi təqvimini də qadağan edərək Milad təqviminin tətbiqinə göstəriş vermişdi. Rza şah Avropa mədəniyyətini və həyat tərzini qəbul etsə də, Avropanın siyasi sistemini inkar edirdi. Hətta 1973-cü ildə ölkədə təkpartiyalı sistem yaradaraq digər partiya və hərəkatları qadağan etdi. İranın xüsusi xidmət orqanları isə narazılarla qəddarlıqla rəftar edirdi. Bəzi məlumatlara görə, həmin dövrdə İranda 5 mindən çox siyasi məhbus var idi. Avropa və ABŞ-la yaxın əlaqələrdə olan şah rejiminin iqtisadi siyasəti dövlət əmlakını özəlləşdirməkdən ibarət idi. Bunun nəticəsində 1930-cu illərdən etibarən dövlətə məxsus iri müəssisələr Qərb şirkətləri tərəfindən alınmışdı. İranın neft, qaz, maşınqayırma, dağ-mədən sənayeləri xarici şirkətlərin əlində cəmləşmişdi. 1951-ci ildə demokratik yolla İranın Baş naziri seçilmiş Məhəmməd Mossadiq ölkədə mütərəqqi iqtisadi islahatlar həyata keçirməyə başladı. Xalqın dəstəyi ilə torpaq sahələrini və neft-qaz sənayesini milliləşdirərək dövlətə qaytaran Baş nazir M.Mossadiq ilə şah arasında ziddiyyətlər meydana gəldi. İri müəssisələrin dövlətə qaytarılması ABŞ və Avropa dövlətlərinin də iqtisadi maraqlarına uyğun gəlmirdi. Şah hakimiyyəti ilə razılaşmaya əsasən ölkədən neft və qaz hasil edib dünya bazarına çıxaran şirkətlər İran dövlətinə heç bir vergi ödəmirdilər.

Baş nazirin islahatlarından hiddətlənən ABŞ bunun əleyhinə çıxsa da M.Mossadiq yolundan dönmədi. İrandakı iqtisadi dividendlərinin əldən çıxacağını görən ABŞ İranda dövlət çevrilişi etdi. ABŞ-ın xüsusi xidmət orqanları “Ayaks” kod adı ilə əməliyyat keçirərək minlərlə iranlını küçələrə çıxardı və M.Mossadiqi hakimiyyətdən kənarlaşdırdı. İranın yaxın müttəfiqi olan ABŞ ordunun möhkəmlənməsində və neft-qaz sənayesini texnologiya ilə təmin etməkdə yaxından iştirak edirdi. Bunun müqabilində isə yuxarıda qeyd etdiyimiz kimi, İranın milli sərvətlərini cüzi qiymətə alaraq və dünya bazarına baha qiymətə sataraq milyonlarla dollar gəlir əldə edirdi. İran xalqı isə səfalət içində boğulurdu.

Vəziyyətin bu istiqamətdə inkişafı ölkə dindarlarını narahat edirdi. Onlar ölkədə xaricilərin ağalığına son qoymağı, milli sərvətlərin xalqa qaytarılmasını tələb edirdilər.

Şah rejimi əleyhinə kəskin çıxış edənlərdən biri İran İslam İnqilabının banisi Seyid Ruhulla Xomeyni idi. O, şah rejiminin ləğvini və respublika tipli dini (islam) dövlətin yaradılması ideyasını irəli sürürdü. Öz fikirlərini S.R.Xomeyni “İslam dövləti” əsərində daha aydın şəkildə izah edib.

Əhalinin sosial vəziyyətinin ağırlaşması ölkədəki siyasi gərginliyə səbəb olurdu. 1977-ci ildə ABŞ-ın yeni dövlət katibi Sayrus Vensinin təkidi ilə Rza şah amnistiya elan edərək siyasi məhbusları azad edib. Həmin il quraqlıq ucbatından İranda kənd təsərrüfatına böyük ziyan dəymişdi və ölkənin bəzi regionlarında aclıq və səfalət hökm sürürdü. İran dövlətinin yaranmasının 2 min illiyi ilə əlaqədar şahın Tehranda keçirdiyi dəbdəbəli mərasim əhali arasında böyük narazılığa səbəb olmuşdu. Aclıq və səfalətin hökm sürdüyü bir zamanda mərasimdə qonaqlara 1 ton qara kürünün verilməsi gərginliyin pik nöqtəsini yaxınlaşdırdı. Əvvəlcə tələbələr, ardınca fəhlələr və kəndlilər meydanlara çıxaraq etiraza başladılar. Etirazlar elə bir kütləvi xarakter aldı ki, Rza şah ölkədən qaçmağa məcbur oldu və 15 illik sürgündən sonra S.R.Xomeyni ölkəyə qayıdaraq inqilaba rəhbərlik etdi. “Şah qaçdı? İmam gəldi” şüarı ilə qarşılanan S.R.Xomeyni böyük nüfuza sahib idi. Beləliklə, 1979-cu il fevralın 11-də baş verən inqilabdan sonra neft-qaz sənayesi xarici şirkətlərdən alınaraq dövlətə qaytarıldı. ABŞ ilə Avropa dövlətləri milyardlarla gəlirdən məhrum oldu və münasibətlər gərginləşdi.

İslam dövləti quran S.R.Xomeyni İslamın ən böyük təriqəti olam şiəliyi əsas görürdü ki, bu da ərəb dövlətlərinin maraqlarına qətiyyən uyğun gəlmirdi. Sünni ərəblər bu təriqətin ideoloji xəttini təhlükəli hesab edirlər. İsrail də İranın Yaxın Şərqdəki şiə qruplarına yardım göstərməsini özü üçün qəbuledilməz və eyni zamanda, təhlükəli hesab edir.

Beləliklə, 1979-cu il inqilabından sonra ABŞ və Avropa milyardlarla dollar gəlirindən məhrum olaraq əvvəlki vəziyyəti qaytarmağa çalışır. Ərəb dövlətləri və İsrail şiəliyin bölgədə daha geniş yayılmasından ehtiyat edirlər. Bütün bu faktlar adıçəkilən dövlətləri birləşdirib İrana qarşı çıxmağa sövq edir.

Beləliklə, uzun illər iqtisadi sanksiyalara məruz qalan İran 2000-ci ildən başlayaraq ABŞ və Avropa dövlətləri ilə danışıqlara başlayaraq dünya iqtisadiyyatına inteqrasiya siyasəti aparmaq niyyətində olduğunu bildirdi. Nəticədə 2015-ci ilin iyununda İran və mətbuatda “altılıq” kimi adlanan dövlətlər (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin) arasında “İranın nüvə proqramının məhdudlaşdırılmasına” dair sənəd imzalandı və BMT tərəfindən təsdiqləndi. Lakin ABŞ-ın yeni Prezidenti razılaşmanı tanımaqdan imtina edərək iqtisadi sanksiyaları bərpa etdi.

Siyasi proseslər göstərir ki, bəzi böyük dövlətlər İran ilə bərabər hüquqlarda deyil, onun maddi sərvətlərini talamaq şərti ilə əməkdaşlıq etmək istəyindədirlər. İran nüvə proqramını dayandırdı və bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri də təsdiq etdi. Lakin buna baxmayaraq, sanksiyalarla İranı iqtisadi gərginliyə salıb hakimiyyəti devirməyə və sözə baxan hakimiyyət formalaşdırmağa çalışırlar. Bu istiqamətdə İranın daxilində də sabitliyi pozmaq üçün addımlar atılır. Əhaliyə təlqin etməyə çalışırlar ki, guya hakimiyyət nüvə tədqiqatları aparmaqla düzgün siyasət yürütmür və ABŞ-ı qıcıqlandırır. Əvvəlcə İranda kütləvi etirazlar baş tutdu. Lakin İran razılaşmaya əsasən nüvə tədqiqatlarını dayandırdı. Buna baxmayaraq ABŞ imza atdığı razılaşmada üzərinə düşəni yerinə yetirmədi. Artıq İranda hamı başa düşür ki, ölkəyə müdaxilə və sanksiyaların məqsədi heç də buraya demokratiya gətirib xalqı xoşbəxt etməkdən ibarət deyil. Əsl məqsəd İranın milli sərvətlərinə sahib olmaqdır.

Hələlik qarşılıqlı ittihamlar və sanksiyalar davam edir. Bu mübarizədə kimin qalib gələcəyini isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə