DÜNYA
İranın Xorasan vilayətində 11 tondan çox narkotik maddə müsadirə olunub
Tehran, 28 sentyabr, AZƏRTAC
İran polisi və təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirir.
AZƏRTAC xəbər verir ki, Xorasan vilayətində 1,5 ton narkotik maddə müsadirə edilib.
Vilayətin polis rəisi, general Məhəmməd Kazımi bildirib ki, əməliyyat nəticəsində 7 nəfər həbs edilib. Şəhərin ayrı-ayrı məhəllələrində narkotik maddələrin satışı məntəqələri aşkarlanaraq ləğv edilib.
General deyib ki, Xorasan vilayəti Əfqanıstan və Türkmənistan ilə sərhəd bölgəsində yerləşir. Ötən səkkiz ay ərzində təkcə bu vilayətdə 11,3 ton narkotik vasitə müsadirə edilib. Narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Avropa ölkələrinə daşınır.
M.Kazımi qaçaqmalçılıqla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]