DÜNYA
İraqda İŞİD silahlılarının hücumu nəticəsində iki polis generalı həlak olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Shafaq News portalı ölkənin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatlarına əsasən, terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb. Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı - döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib.
İraq DİN-in başçısı Yasin əl-Yasiri komandanın ölüm faktını təsdiqləyib.
Generalların hərəkət etdiyi avtomobil karvanının yolu üzərində partlayıcı qurğunun işə düşdüyü və bundan sonra İŞİD qruplaşmasının hücuma keçdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]