Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İşə düzəlməyimdə dil biliklərim mənə kömək oldu – “Yüksəliş” qalibinin uğur hekayəsi

İşə düzəlməyimdə dil biliklərim mənə kömək oldu –  “Yüksəliş” qalibinin uğur hekayəsi

Bakı, 24 fevral, AZƏRTAC

AZƏRTAC “Yüksəliş” müsabiqəsinin qaliblərinin həyat yolunu təqdim etməyə davam edir.

Budəfəki müsahibimiz üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, SOCAR “Azərikimya” İstehsalat Birliyində Satınalmalar və təchizat şöbəsinin rəisi Fərid İsayevdir. O, 1990-cı ildə anadan olub. Orta təhsilini Sumqayıt şəhərində bitirib. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. Bakalavriat təhsilini fərqlənmə ilə bitirən Fərid İsayev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin vergi və vergiqoyma ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub. Lakin bununla kifayətlənməyib, təhsilini xaricdə davam etdirib. 2019-cu ildə Vaşinqton Universitetinin Layihələrin idarə edilməsi üzrə Pre-Master proqramını bitirib. Böyük Britaniyanin York Universitetində və Fransanın Strasburq Universitetində logistika və təchizat zəncirinin idarə edilməsi üzrə MBA təhsili alıb. Layihələrin idarə edilməsi üzrə PMP və Satınalmaların İdarə edilməsi üzrə CIPS beynəlxalq akkreditasiyalara malikdir.

“Karyerama özəl sektorda tərcüməçi kimi başlamışam”

Fərid İsayev karyerasının uğurlu olmasında dil biliklərinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ingilis və rus dillərini səlis bilməyi 2013-cü ildə hərbi xidməti bitirdikdən sonra bir neçə iş təklifini və təcrübə proqramlarını dəyərləndirməyə imkan verib: “Elə indi də xarici dil biliklərinə maliksinizsə, deməli, karyeranıza 1-0 hesabla irəlidə başlayırsınız. BMT-nin könüllü proqramlarında çalışdıqdan sonra rəsmi iş yeri olaraq karyerama özəl sektorda tərcüməçi kimi başlamışam. Lakin magistratura təhsili alarkən paralel əmək fəaliyyəti göstərmək asan deyildi. Bir neçə il Sumqayıtda yaşayıb, Xırdalanda işləyib, Bakıda təhsil alırdım ki, bu məni fiziki və zehni olaraq çox yorurdu. Xarici şirkətlərlə çalışdığım zaman yaxşı nəticələr olduğundan bir müddət sonra mənə xarici təchizat şirkətində işləmək təklif edildi. O zaman satınalmalar və təchizat sahəsi üzrə biliklərim olmasa da işə həvəslə başladım. Ümumiyyətlə, bu profil nəzəri biliklərdən çox yumşaq bacarıqlar tələb edir ki, bu aspekt də məni çox cəlb etmişdi. Bir neçə il özəl sektorda satınalmalar sahəsində çalışdıqdan sonra, 2016-cı ildə SOCAR-da satınalmalar üzrə elan olunmuş vakansiyaya müraciət etdim. Test və müsahibə mərhələlərindən keçib iş təklifi aldım. Həmin dövrdə bir neçə təklifim olsa da özünü reallaşdırmaq baxımından SOCAR mənə daha cəlbedici gəldi. 2016-cı ildən SOCAR “Azərikimya” İstehsalat Birliyində çalışmağa başladım, o cümlədən SOCAR-da icra olunan müxtəlif layihələrdə satınalma üzrə ekspert, böyük mütəxəssis və s. vəzifələrdə çalışmışam. Hazırda “Azərikimya” İstehsalat Birliyində Satınalamalar və təchizat şöbəsinin rəisiyəm. Əsas uğurum işimi sevməyimdir, bu mənim iş effektivliyimin əsas stimulyatorudur. Çalışdığım komanda və rəhbərlərim də bu stimulun əsas amillərindəndir.

Layihədə iştirak edən könüllüdən, SOCAR-ın istehsalat birliyinin şöbə rəisinə qədər gedən 10 illik yol asan olmayıb. Bu yolda baryer olan xarici amillər da az deyildi, lakin əzmkarlıq və məqsədyönümlülük bütün maneələri aşmağa kömək edir. Karyerasına yeni başlayanlara da tövsiyəm çətinliklərə müvəqqəti amil kimi yanaşmaqdır. İnkişafı ləngitmək olar, lakin qarşısını almaq mümkün deyil. Dəqiq hədəfiniz və əməyiniz sizin əsas silahlarınızdır”.

“Komandaya ailə kimi baxmağın tərəfdarı olanlardanam”

Fərid İsayev həm idarəetmə, həm də inkişafda liderin və rəhbərin rolunun fundamental olduğunu düşünür. O bildirib ki, rəhbərləri karyerasında çox önəmli rol oynayıblar: “Bir tərəfdən müəllim rolunda olublar, digər tərəfdən indiki mövqeyə qədər qalxmağım belə ədalətli rəhbərlərlə işləməyimin nəticəsidir. Düzgün bacarıqların aşılanması, doğru qərarların qəbulu və işçinin ədalətli dəyərləndirilməsi yaxşı rəhbərin əsas xüsusiyyətlərindəndir. Bəlkə də bu mühafizəkar səslənəcək, lakin mən komandaya ailə kimi baxmağın tərəfdarı olanlardanam. Ümumiyyətlə, müşahidəm onu göstərir ki, ən yaxşı rəhbərlər sağlam ailə düşüncəli rəhbərlərdir. Şəxsi həyatda öz yaxınlarına qarşı ədalətsiz və qeyri-adekvat davranan insan, yad insanlara - işçilərinə qarşı düzgün davranış nümayiş etdirə bilərmi?

Rəhbərin daha bir vacib öhdəliyi optimal iş mühitinin yaradılmasıdır. İşçilər özünü mənəvi və psixoloji baxımdan rahat hiss etməli, lakin məsuliyyət də öz yerində olmalıdır. Yalnız bu balansı qorumaqla uğurlu nəticələrlə və harmoniyaya nail olmaq mümküdür”.

“Daha çox sevdiyim məşğuliyyət səyyahətdir”

İşi zehni əmək və mütəmadi kommunikasiya tələb etdiyindən Fərid İsayev daha çox passiv istirahətə üstünlük verdiyini söyləyib: “Lakin ən sevdiyim məşğuliyyət səyyahətdir, ölkə daxilində ya xaricində olmasının fərqi yoxdur. Çalışıb periodik olaraq iş mühitindən çıxmaq lazımdır. Gündəlik və adət edilmiş işlərin səni passivləşdirməməsi üçün yeni yerlər, insanlar, məşğuliyyətlər kəşf etmək vacibdir. Belə bir deyim var, insan uzun müddət nəyisə edəndə bunu niyə etdiyini unudur. Bu səbəbdən tez-tez fərqli mühitlərə və məşğuliyyətlərə meyil etmək vacibdir”.

“İmtahanlar səbəbindən yarışa qatıla bilmədim”

Fərid İsayev “Yüksəliş” müsabiqəsinə qoşulmağının dostlarının tövsiyəsi olduğunu deyib. Müsahibimiz özünü sınamaq üçün və təcrübədə əldə etdiyi yumşaq bacarıqları yoxlamaq üçün müsabiqənin yaxşı şans olduğunu düşünür: “Çünki çalışdığım profil, satınalmalar da daha çox bu bacarıqları tələb edir. Problemlərin həll edilməsi, tapşırıqların icrasının idarə edilməsi, kommunikasiya, prioritetlərin bölüşdürülməsi, komandada iş və s. aspektlər mənim çalışdığım sahə üçün labüddür. Bu baxımdan istədim ki, əldə olunmuş bilik və bacarıqlarımı sınayım. İkinci “Yüksəliş” müsabiqəsində qeydiyyatdan keçsəm də yarışın test mərhələləri MBA təhsilimdəki imtahanlar ilə üst-üstə düşdüyündən yarışa qatıla bilmədim. Üçüncü “Yüksəliş” müsabiqəsi ilk təcrübəm idi və ilk dəfədən qalib ola bildim”.

“Qərar verməli və rolunu təyin etməlisən”

Müsabiqənin mentor mərhələsi Fərid İsayev üçün ən maraqlı və faydalı mərhələ olub. O bildirib ki, bu mərhələdə keçirilən oyunda komandaları tapşırıqları yerinə yetirən zaman iqtisadiyyat naziri Mikayıl Cabbarovun yüksək idarəetmə təcrübəsindən öyrənmək imkanı əldə ediblər: “Əlbəttə, bu cür səriştəli rəhbərlə ünsiyyətdə olmaq bir tərəfdən məsuliyyəti artırırdı, lakin mentorun tətbiq etdiyi bacarıqlar oyunun dinamikasına birbaşa təsir edirdi və bəzi çatışmazlıqları aşkar etməyə kömək oldu.

Qalib olduqdan sonra mentorlarımdan biri Mikayıl Cabbarov oldu; bu da bir qismət. Beləliklə, bilik və idarəetmə üzrə bacarıqlarımı artırmaq imkanım genişləndi. Ümumiyyətlə, fikrimcə, “Yüksəliş” müsabiqəsinin ən böyük töhfəsi top menecerlər və strateji rəhbərlərdən öyrənmək şansıdır.

Finalın son günü daha həyəcanlı oldu. Əvvəlki günlərdəki oyunların yorğunluğu, “bu, son şansdır” effekti və maksimal potensialı göstərmək arzusu iştirakçılarda gərginlik yaradırdı. Bu gərginlik də birbaşa komanda oyunlarında öz əksini tapırdı. Düşünürəm ki, ən böyük çətinlik özündəki gərginliyin və son günün stresinin fonunda öz fikirlərini və emosiyalarını idarə etmək idi. Həmçinin təşəbbüskarlıq və komanda oyunu arasında balansı saxlamaq asan deyildi. Qərar verməli və rolunu təyin etməlisən - komandanın lokomotivisən, koordinatorusan, müəllimisən və ya oyunçusu? Real iş mühitində də bu sual aktualdır”.

“Yol göstərənlərim bu işdə peşəkardırlar”

Müsahibimiz müsabiqədə qalib olmasının ilk olaraq özünəinamına təsir göstərdiyini söyləyib. Fikrimcə, sınaqdan keçirmək istədiyi bacarıqların nəticə verməsi doğru yolda olduğunun göstəricisi idi: “Digər tərəfdən, çox sayda istedadlı və bacarıqlı rəhbərlərlə tanış oldum. Onların fonunda hələ inkişaf etdirilməsi çox aspektlərimin olduğunu anladım.

Lakin əsas dəyişiklik təyin olunmuş mentorlarla, SOCAR-ın prezidenti Rövşən Nəcəf və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə keçirilən görüşlərin effekti fonunda baş verir. Hansı istiqamətdə getmək istəyimi və hansı xarakteristikaları inkişaf etdirməli olduğumu artıq tam anlayıram. Qarşımdakı yolun uzun olduğu aydındır, lakin xoşbəxtlikdən yol göstərənlərim bu işdə peşəkardırlar”.

“Müsabiqədə iştirakı hər kəsə məsləhət görürəm”

Fərid İsayev müsabiqəyə qatılmaq istəyənlərə müraciət edib: “İlk olaraq müsabiqədə iştirakı hər kəsə məsləhət görürəm. İştirakçılar nəinki özlərini sınamağı bacaracaqlar, həmçinin fundamental təcrübə qazanacaqlar və yeni tanışlıqlar əldə edəcəklər.

İştirakçılara tövsiyəm komanda oyununa kompleks yanaşmaqdır. Bütün opponentləri nəzərə alıb, situativ davranmaq çox vacibdir. Real həyatda olduğu kimi, müsabiqədə də emosiyaların idarə edilməsi və empatiya vacib amillərdir. Unutmasınlar ki, müsabiqənin son mərhələləri daha çox yumşaq bacarıqların yoxlanılmasına fokuslanır. Burada bir strategiya ilə çıxış etmək və ya özünə obraz düşünmək effektiv olmayacaq, çünki komandalar və oyun şərtləri periodik dəyişir. Situativ davranma daha adaptiv və doğru yanaşma ola bilər”.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Dövlət Universitetində “Könüllülük həftəsi” keçirilir

Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konserti keçiriləcək

Mikrobioloq alimlərin məqaləsi “Scopus”da indekslənən jurnalda dərc olunub

Bu il BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir

Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir

Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq

İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər

Qarabağ və Dilboz atlarının genom analizi aparılacaq

Gürcüstan parlamentinin sədri avropalı deputatları sərt tənqid edib

“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb

Kata üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub

Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanın 3 güləşçisi Bakıda keçirilən Avropa çempionatının yarımfinalında

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb VİDEO

ANAMA: Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər

Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Milli Kitabxanada növbəti treninq

BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb

Beynəlxalq Çövkən Federasiyasının ikinci Assambleyasının tarixi bəlli olub

Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...

“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - respublika elmi konfransı

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Qazaxıstanın xarici işlər naziri: Çinlə münasibətlər regionda sülhü və sabitliyi gücləndirir

Bəhruz Nəbiyev: Əsas hədəfimiz Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır

Nazir: Cari ildə Tacikistanın Orta Dəhlizlə yükdaşımasının həcmi 86 faiz artıb

Ədəbiyyat Muzeyi gün ərzində 1500-ə yaxın ziyarətçini qəbul edib

Tacikistan Azərbaycana dağ-mədən sahəsində əməkdaşlıq təklif edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə əməkdaşlıq edəcək

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

DSMF və Bolqarıstanın müvafiq qurumu pensiya təminatı ilə bağlı məlumat mübadiləsi aparacaq

“Milli” statusu daşımaq həm qürur hissidir, həm də böyük məsuliyyət

Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi küçələrdə parklanma yerləri ləğv olunur

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək

Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

KOBİA: Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar

İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək

Türkiyə Prezidenti: Bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq

Dövlət Xidməti: 156 dövlət müəssisəsində metroloji tələblərin pozulması aşkarlanıb

Mayın 21-də havanın dəyişkən buludlu olacağı, rayonlarda yağış yağacağı gözlənilir

ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb

Rektor: TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Son üç ildə Azərbaycanda 243 dövlət standartı qəbul edilib

Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb ŞƏRH

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası işə başlayıb YENİLƏNİB

Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO

Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

Daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

Çin ABŞ-ın bir neçə şirkətini “qara siyahı”ya salıb

Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Dünya çempionu: Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir

UNEC Orhun Mübadilə Proqramı çərçivəsində bir sıra türk universitetləri ilə əməkdaşlıq edir

Məmməd Abbasbəyli: Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir

İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib

Şamaxıda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

NBA-da sonuncu yarımfinalçı müəyyənləşib

Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bərdə rayonunda Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə tədbir keçirib

Suriyadan repatriasiya olunanların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib

“XIX-XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb

“Avrora Qrup” “Açıq qapı” elan edir

Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub