DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (9-15 aprel)
Britaniya astroloqları QOÇLARI qızıl kimi vaxtlarının qədrini bilməyə, mənasız mübahisələrdən çəkinməyə çağırırlar. Yadda saxlayın ki, haqlı olduğunuza hər kəsi inandıra bilməzsiniz. Ağrımayan başınıza yaylıq bağlamağa ehtiyac yoxdur. Ən yaxşısı dil tapa bilmədiyiniz işgüzar tərəfdaşlarla bütün əlaqələrinizi kəsin.
BUĞALARIN əlinə misli görünməmiş bir fürsət düşəcəkdir. Varlı həmkarlarınızdan bir neçə illiyə qayğısız yaşayışınızı təmin edəcək iş təklifi alacaqsınız. Fürsəti əldən verməyin. İmkanlı tanışlarınızın səxavətli vaxtında lazımlı yerdə olun.
ƏKİZLƏR bu həftə risk bəlasına tutulacaqlar. Yaxından tanımadığınız insanlarla pulla mərc gəlməkdən çəkinməlisiniz. Onsuz da qumarda bəxtinizi sınamaq və yaxşı qazanc götürmək üçün çoxlu fürsətiniz olacaqdır. Amma yaxşısı budur, bir qədər zəhmət çəkib, həmin pulları halal zəhmətlə qazanasınız. İnanın ki, bunu bacararsınız.
Bu həftə XƏRÇƏNGLƏRİN əsas üstünlüyü səbirli və təmkinli olmalarıdır. Ağılla hərəkət etsəniz, ən ağlasığmaz vəziyyətlərdən alnıaçıq-üzüağ çıxacaqsınız. Təəssüf ki, gözlənilməyən hadisələrə hamı sizin kimi çevik reaksiya göstərə bilmir. Ola bilsin, sizin qədər bacarıqlı olmayan tərəfdaşlarınıza kömək etmək üçün bir qədər əlləşməli olacaqsınız.
ŞİRLƏRƏ astroloqlar həmkarlarına yaxından bələd olmağı tövsiyə edirlər. Adi anlaşılmazlıq planlarınızı asanlıqla poza bilər. Birgə işin bütün təfərrüatını öyrənmək və xırda ixtilafları yoluna qoymaq üçün həmkarlarınızla qeyri-rəsmi şəraitdə görüşməlisiniz.
QIZLARA bu günlər keçmiş səhvləri unutmamaq məsləhət görülür. Yadda saxlayın ki, ağıllı insanlar qanqaraldıcı təcrübədən çox şey öyrənir, bir daha eyni səhvə yol verməmək üçün özlərinə nəticə çıxarırlar. Həm də artıq bərkdən-boşdan çıxmısınız. İstənilən çətinliyin öhdəsindən asanlıqla gələ bilərsiniz. Diqqətinizi cəmləyib əsas hədəfə yönəltsəniz, mütləq qalib gələcəksiniz.
TƏRƏZİLƏR ünsiyyətdə və işgüzar münasibətlərdə daha bacarıqlı olmalıdırlar. Məsələyə belə yanaşma uğur qazanmaq şansınızı xeyli artıracaqdır. Əgər işdəki problemlər rahatlıq vermirsə, hər şeyi unudub başınızı xoş şeylərlə qarışdırmalısınız. Onda yeni güc toplayıb bütün maneələri soyuqqanlılıqla bir dəfəyə dəf edə bilərsiniz.
ƏQRƏBLƏR bu günlər güc və ideya dolu olacaqlar. Başınızı əhəmiyyətsiz işlərlə qatmayın. İrimiqyaslı işlərin, nəhəng layihələrin öhdəsindən gəlmək iqtidarındasınız. Özünüzü toplayıb işə girişsəniz, həmkarlarınıza nəyə qadir olduğunuzu bir daha isbat edə bilərsiniz. Sizə bol sevinc, zövq və müsbət enerji bəxş edəcək tamamilə yeni sahədə də özünüzü sınaya bilərsiniz.
İşə yeni əməkdaşların qəbul edilməsi OXATANLARI ciddi surətdə narahat edəcəkdir. Onlara güvənmək olarmı? Uzun müddət üzərində çalışdığınız layihəni tamamilə yad adama necə etibar etməli? Şübhələrinizdən qurtulmaq üçün fürsət düşəndə yeni əməkdaşları əl altından imtahana çəkməlisiniz. Sonra hər şeyi intuisiyanızın gücü ilə həll edə bilərsiniz. Ona tam etibar edə bilərsiniz.
OĞLAQLARI qəfil sınaqlar gözləyir. Bu sınaqlar ciddi deyil, daha çox məzəli xarakter daşıyacaq, qarşınızda xeyli yeni imkanlar açacaqdır. Eksperiment aparmaqdan və standart olmayan həll üsullarından çəkinməyin. İstənilən halda ulduzlar karyera irəliləyişi vəd edir. Lakin bu dəyişiklik şəxsi həyatınızda istər yaxşılığa, istərsə də pisliyə doğru əsaslı dönüş yarada bilər.
DOLÇALARI ətrafdakıların onların barəsində nə düşündükləri narahat etməməlidir. Bircə özünüzü aldatmağa çalışmayın. Bununla təkcə özünüzü deyil, həm də həmkarlarınızı və dostlarınızı aldadırsınız ki, bu da sizə başucalığı gətirmir. İstənilən halda özünüzə sadiq qalın və yalnız özünüz olmağa çalışın. Beləcə bədxahlarınızı lap pis vəziyyətə qoymuş olarsınız.
BALIQLAR işdəki qayğılarını müvəqqəti unudub şəxsi həyatları barədə düşünməlidirlər. Keçmiş hobbinizi yada salın. Axı, bəzən öz nazınızla da oynamalısınız. Yeri gəlmişkən, vaxtınızı belə keçirmək sayəsində qarşınızda müxtəlif maraqlı üfüqlər açıla bilər.