Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

Bakı, 24 aprel, AZƏRTAC, Vüqar Qurbanoğlu

Azərbaycanın milli aviadaşıyıcısı AZAL aprelin 18-də Bakıdan Pakistanın Kəraçi şəhərinə ilk aviareysini həyata keçirib. Səfər çərçivəsində AZAL və tərəfdaş şirkəti “Mian's Group”un təşkilatçılığı, media nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

AZƏRTAC təşkil olunan mediaturdan reportaj təqdim edir.

Qədim Kəraçi şəhəri

17-ci əsrin ortalarında Hind okeanının sahillərində kiçik bir balıqçı kəndi olan Kəraçi dənizə açıq, təhlükəsiz ərazidə qurulub. Müsbət coğrafi xüsusiyyətlərinı malik Kəraçi 19-cu əsrin ortalarında ingilislər tərəfindən limana çevrilib. İngilislər Kəraçini hərbi-strateji əhəmiyyətli və Hind hövzəsində məhsulların ixracı üçün mühüm liman hesab edirdilər.1878-ci ildə Kəraçi digər ingilis müstəmləkəsi olan Hindistan şəhərləri ilə dəmir yolu ilə birləşdirildi. 1914-cü ilə qədər Kəraçi bütün Britaniya imperiyasının ən böyük taxıl istehsal edən limanına çevrildi. 1924-cü ildə burada hava limanı tikildi və Hindistanın əsas ticarət qapısı olub.

Pakistanın ilk paytaxtı

1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra Kəraçi şəhəri paytaxt oldu. Pakistanın müstəqilliyindən sonra Hindistandan gələn müsəlman mühacirlər bu şəhərdə məskunlaşmağa başladılar. Beləliklə, şəhər böyük iqtisadi və demoqrafik transformasiya yaşadı. Sonrakı dövrlərdə Kəraçi ölkənin mühüm iqtisadi və sənaye mərkəzinə çevrildi. Bu gün də Kəraçi ticarət və nəqliyyat habı funksiyasını yerinə yetirir. Belə ki, Kəraçi Fond Birjası 2020-ci ildə siyahıya alınmış ən azı 540 şirkətlə Pakistanın ən böyük və ən qədim birjasıdır. Bundan başqa, Kəraçi Pakistanın Xaric və Mərkəzi Asiya ölkələri ilə ticarətini idarə edir. Kəraçi, həmçinin avtomobil istehsal edən böyük şirkətlərin mərkəzidir. Belə ki, şəhərdə “Toyota”, “Suzuki Motor Company”, “Millat” traktorları, “Daihatsu”, “HinoPak” avtobuslarının istehsal müəssisələri fəaliyyət göstərir.

Kəraçidə fəaliyyət göstərən Pakistan Milli Bankı

1960-cı ildə Pakistanın paytaxtı İslamabada köçürülsə də ölkənin Milli Bankı bu gün də Kəraçidə fəaliyyət göstərir. Qeyd edək ki, bu şəhərdə böyük tarixə sahib Milli Bankın muzeyi fəaliyyət göstərir. Burada bir sıra eksponatlarla yanaşı, Pakistan sikkəxanasında sikkə istehsalının bəzi orijinal qəlibləri və texnikaları nümayiş etdirilir.

Bundan başqa, Hind vadisi əhalisinin e.ə. sikkə kimi istifadə etdiyi möhürlər, İslamdan əvvəlki qalereyada bəzi qeyri-adi mis və gümüş sikkələr, o cümlədən Makedoniyalı İsgəndərin nadir bürünc sikkəsi var. Bundan başqa, hind skifləri, hind parfiyaları, kuşanlar, quptalar, hind sasaniləri, hindu şahiləri nümayiş etdirilir. Muzeyin qalereyası Pakistanda pul əsginaslarının tarixini nümayiş etdirir, həmçinin dünyanın müxtəlif ölkələrinin tarixi, cari və polimer əsginaslarının kolleksiyasını özündə əks etdirir. Valyuta qalereyası 1947-ildə yarandığı tarixdən Pakistan əsginaslarının tam kolleksiyasını ehtiva edir.

Pakistanın Quaid-i-Azaminin evi, məqbərəsi və Kəraçinin tarixi sarayları

Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın məqbərəsi olan “Məzari Kaid” Kəraçinin simvoluna çevrilən tikililərdəndir və şəhərin görkəmli yerləri arasında birinci yerdədir. 1970-ci ildə tamamlanan türbənin memarlıq dizaynı müasir üslubdadır.

Məhəmməd Əli Cinnah 1913-cü ildən Pakistanın qurulmasına qədər (14 avqust 1947-ci il), daha sonra Pakistanın ilk baş qubernatoru olaraq Ümumdünya Hindistan Müsəlman Birliyinin lideri olaraq çalışıb. Pakistanda “Quaid-i-Azam” ("Ulu Öndər") və “Baba-i Qəyyum” ("Millət Atası") kimi hörmətə layiqdir. Pakistanın ilk general-qubernatoru olaraq Cinnah yeni xalqın hökumətini və siyasətini qurmaq, müstəqillik əldə etdikdən sonra Hindistandan Pakistana yeni köç etmiş milyonlarla müsəlman miqranta kömək etmək, qaçqın düşərgələrinin qurulmasına şəxsən nəzarət etmək üçün çalışıb. Cinnah 1948-ci ilin sentyabrında, Pakistan müstəqillik qazandıqdan bir il sonra 71 yaşında vəfat edib. O, Pakistan xalqının yaddaşında dərin və unudulmaz iz qoyub. Hal-hazırda dünyada xeyli sayda küçələr, yollar və yerlər Cinnahın adını daşıyır, Pakistandakı bir neçə universitet və ictimai binaya Cinnahın adı verilib.

Qeyd edək ki, Məhəmməd Əli Cinnahın məqbərəsində onun bacısı Fatimə Cinnah və ölkənin ilk baş naziri Liyakat Əli Xanın məzarları da yerləşir.

“Mohatta Sarayı” Pakistanın Kəraçi şəhərində yerləşən saray muzeyidir. Əhməd Hüseyn Ağa tərəfindən layihələndirilən saray 1927-ci ildə müasir Hindistanın Racastan əyalətindən olan hindu Marvari iş adamı Şivratan Mohattanın yay evi kimi gözəl dənizkənarı Klifton ərazisində tikilib. Saray Racastanın daş sarayları ənənəsinə uyğun olaraq, yaxınlıqdakı Gizridən gələn yerli sarı daşla birlikdə çəhrayı jodhpur daşından istifadə edilərək tikilib.

Mohatta Hindistana getdikdən sonra Pakistan hökuməti sarayı 1947-ci ildə Xarici İşlər Nazirliyinin binasına çevirdi. Daha sonra 1964-cü ildə Məhəmməd Əli Cinnahın bacısı Fatimə Cinnah oraya köçürülüb. 60-cı illərdə “Mohatta Sarayı” “Qasre-e-Fatima” adlandırıldı. 1980-ci ildən isə saray muzey kimi istifadə olunur.

Turistlərə nümayiş etdirilən tarixi məkanlardan biri də Məhəmməd Əli Cinnahın evidir. Bu ev hazırda Mədəniyyət, Turizm, Qədim Əsərlər və Arxivlər Departamentinin himayəsindədir. Cinnah bu dəbdəbəli mülkü 70 il əvvəl alıb. Alış zamanı altmış altı yaşında olan Cinnahın planı təqaüdə çıxdıqdan sonra evə köçmək idi. Lakin 1947-ci ildə bura köçdükdən sonra o, yalnız qısa bir müddət iqamətgahda yaşaya bildi. Ancaq Cinnahın vəfatından sonra bacısı Fatimə Cinnah bu evdə 16 il yaşayıb.

Pakistanın simvolu olan bəzəkli avtobuslar

Pakistanda heyrətamiz bir ənənə mövcuddur - orada yollarda adi nəqliyyat vasitələri deyil, rəsm əsərlərinə bənzəyən, parlaq bəzədilmiş avtobuslar və yük maşınlarını görmək olar.

Kəraçidə 10 mindən artıq rəssam qeyri-adi avtobus və yük maşını bəzəkləri üzərində işləyir. Çox vaxt nəqliyyat vasitələrinin üzərində ənənəvi naxış və rənglərlə yanaşı, yerli siyasətçilərin və dünya məşhurlarının portretləri də çəkilir.

Qeyd edək ki, avtobuslar və yük maşınlarının bəzədilməsi sahibinə küllü miqdarda vəsait hesabına başa gəlir, lakin hər il avtomobilini bəzəmək istəyənlərin sayı artır.

Yerli əhali bəzəkli avtobusları “Pakistanın ruhu” adlandırırlar. Pakistanda nəqliyyatın bəzədilməsinin tarixi mənası var. Belə ki, əvvəllər insanlar nəqliyyat vasitəsi kimi at arabasından istifadə ediblər. Zadəganları daşıyan arabaların bəzədilməsi onların imzası anlamına gəlirdi. Arabadan başa düşmək olardı ki, araba hansı zəngin və hörmətli zadəgana məxsusdur.

1920-ci illərdə Pakistanın “Kohistan” avtobus şirkəti sərnişinləri avtobuslara cəlb etmək üçün rəsm çəkmək ənənəsindən istifadə etdi. Həmin nəqliyyat şirkəti kasıb əhalini bu avtobuslara cəlb edərək bildirirdi ki, “belə gözəl avtobusda gəzərək, özünüzü varlı adam kimi hiss edin”. Müasir dillə desək, bu şirkət sərnişinləri öz avtobuslarına cəlb etmək üçün ağıllı reklamla məşğul olub. Bundan sonra “Kohistan” şirkəti avtomobillərini sadə pakistanlıların diqqətini cəlb edən parlaq rənglərə boyanmağa başladı. Qeyd edək ki, avtobusların rənglənməsi üçün ovaxtkı məşhur pakistanlı rəssam ustad Elahi Bakşa xüsusi olaraq dəvət olunmuşdu.

Bu gün də nəqliyyat vasitələrinin üzərindəki naxışlar diqqəti cəlb edir və sürücünün haradan olduğunu bildirir. Məsələn, Kvetta və Pişəvərdən olan rəssamlar ağır yük maşınlarını və avtobusları taxta ilə bəzəyirlər. Onların Ravalpindidən olan həmkarları, əksinə, işlərində plastikdən istifadə edirlər. Kəraçidə yük maşınının 24 saat parlaması üçün xüsusi elementlərdən istifadə edilir. Bundan başqa, Sind əyalətində dəvə sümüyündən hazırlanmış zinət əşyaları təklif olunur.

İşıqforu az, tıxacı isə yox səviyyəsindədir

Kəraçi şəhərinin 30 milyon nəfərə yaxın əhalisi var. Şəhərdə apardığımız müşahidələr zamanı işıqforlar və piyada keçidlərinə az sayda rast gəlirdik. Ancaq buna baxmayaraq istər şəhər mərkəzində, istərsə də ətrafda tıxac problem yox səviyyəsindədir. Problemin yaranmamasına səbəb şəhərdə avtomobillərin azlıq təşkil etməsidir. Belə ki, əhalinin böyük əksəriyyəti motosikletlərdən, rikşalardan istifadə edir. Bəzən bir motosikletin üzərində 3 və daha artıq adım oturaraq mənzil başına gedirlər.

Kəraçi çimərlikləri

Kəraçi şəhərində ictimai açıq və qapalı olan çoxlu sayda çimərliklər var. Qeyd edək ki, yerli əhali çimərlikdən çox da istifadə etmir. Turistlərə açıq olan çimərliklə xarici adlarla təqdim olunur. Məsələn, Pakistanın Kəraçi şəhərindəki Fransız çimərliyi gözəl təbiəti və təmiz qumu ilə tanınır. Bura şəhərdə üzmək və su idmanı ilə məşğul ola biləcəyiniz bir neçə çimərlikdən biridir. Çimərlikdə unikal atmosfer yaradan çoxlu gözəl qayalar və qayalıqlar var. Bundan əlavə, fransız çimərliyi piknik və manqal üçün məşhur yerdir. Burada təmiz dəniz havasından və Ərəb dənizinin gözəl mənzərələrindən həzz alınır. Buradakı dəniz demək olar ki, həmişə sakitdir və sahilin dərinliyi cəmi 1,5 metrdir. Ərəb dənizinin kristal təmiz suyu, incə isti qumu və əlverişli yerləşməsi sayəsində bu yer hər il çoxlu turistləri cəlb edir.

Pakistan Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır

Pakistan-Azərbaycan turizm əlaqələrindən danışan Pakistanın Sind əyalətinin Turizmin İnkişafı Korporasiyasının icraçı direktoru Seyid Feyaz Əli Şah bildirib ki, iki ölkə arasında həyata keçirilən uçuşlar ziyarətçilərə və hər iki ölkə arasında turizm əlaqələrinin inkişafına şərait yaradır. O qeyd edib ki, Kəraçı şəhəri turizmin inkişafı, investisiya yatırımları və xüsusilə sahil turizmi üçün böyük imkanlar yaradır.

“Kəraçi 30 milyon əhalisi olan meqaşəhərdir və Pakistanın əsas ticarət şəhəridir. Bütün ölkələrdən, xüsusilə Azərbaycandan olan ziyarətçilərə böyük imkanlar yaradır. Biz bütün regionlardan olan turistləri səhra, dağ, okean, kombinasiyalarını özündə birləşdirən Pakistanı ziyarət etməyə dəvət edirik”, - deyə Seyid Feyaz Əli Şah bildirib.

Onun sözlərinə görə, şəhərdə hava və dəniz limanları hesabına turizm əlaqələri daha da inkişaf edir. Kəraçi tarixi, mədəniyyəti, arxeologiyasi və adət-ənənələri ilə zəngindir: “Biz Azərbaycandan olan tələbələri, müəllimləri və arxeoloqları Pakistanı ziyarət etməyi və buranın tarixi, mədəniyyəti ilə tanış olmağa dəvət edirik. İki ölkə arasında turizm əlaqələrini daha da inkişaf etdirmək və xalqları bir-birinə yaxınlaşdırmaq üçün qarşılıqlı olaraq dillərimizi öyrənməli və qarşılıqlı təcrübə mübadiləsi aparmalıyıq. İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün AZAL və Azərbaycan Turizm Agentliyi yanında Turizm Bürosunu ölkəmizə dəvət edirəm. Pakistan və Azərbaycan arasında olan qardaşlıq münasibətləri daha da inkişaf etdirilsin”.

“Azərbaycan Hava Yolları” QSC-nin Pakistandakı baş satış agenti olan “Mian's Group”un sədri Amer Said Mian bildirib ki, Pakistan strateji yerləşməsinə, sıx mədəni əlaqələrə və iki ölkə arasında hava nəqliyyatına artan tələbata görə AZAL üçün əsas bazardır. Bundan əlavə, Pakistanın canlı iqtisadiyyatı və turizm sektoru ölkəni marşrut şəbəkələrini genişləndirmək istəyən aviaşirkətlər üçün cəlbedici istiqamətə çevirir.

“Biz bazarı, onun səmərəliliyini və ehtiyaclarını daim təhlil edirik və mümkün olarsa, mövcudluğumuzu daha da genişləndirməyə, tutumları artırmağa və sərnişinlərə xidmət göstərməyə hazırıq”, - deyə Amer Said Mian qeyd edib.

Pakistanın “Zeb Travels” turizm şirkətinin baş icraçısı Zeb Khavaja bildirib ki, Azərbaycan Pakistan üçün çox önəmli şəhərdir, çünki pakistanlılar Azərbaycanı çox sevirlər.

“Mən keçən il Qəbələyə və Bakıya qrup səfərləri təşkil etmişdim. Azərbaycanda olan pakistanlı turistlər oradan yüksək təəssüratla ayrıldılar”, - deyə Zeb Khavaja bildirib. O əlavə edib ki, Pakistanın özəl şirkətləri də gələcəkdə Bakı-Kəraçi istiqamətlərində uçuşlar təşkil etməyə maraq göstərəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Səbail” turun oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb