SİYASƏT
İSLAMDA MALİYYƏ MƏSƏLƏLƏRİ HAQQINDA DƏYƏRLİ ƏSƏR
Kitabda professor A.Juravlyovun islam iqtisadiyyatı və bank sistemi haqqında məqaləsi, alman alimi M.Kemperin “Müsəlman etikası və kapitalizm ruhu” məqaləsi də verilmişdir.
R.Bekkinin “İslam sığortasının hüquqi əsasları” məqaləsində təkəffül (sığorta) kimi bütün dünyada az öyrənilmiş islam iqtisadiyyatı təsisatının mahiyyəti araşdırılır. Müəllif nəinki islam sığortaçılarının fəaliyyət mexanizmini açıqlayır, həm də ənənəvi sığorta müqavilələrinin şəriətə uyğunluğu (və ya uyğunsuzluğu) barədə müxtəlif müsəlman hüquqşünaslarının mövqelərini göstərir.
A.Larionovun və D.Şarayrexin “Mühasibat uçotunun islam modeli” məqaləsində mühasibat uçotunun islam və ingilis-amerikan modellərinin müqayisəli təhlili verilir. Burada mühasibat uçotunun islam modelinin xüsusiyyətləri və bu modelin formalaşmasına təsir göstərən amillər nəzərdən keçirilir.
Sonda əl-Əskəlaninin hədislərindən ibarət “Buluq əl-Məram min Ədillət əl-Əhkam” klassik toplusundan “Zəkət” və “Ticarət” fəsilləri, habelə nəinki islam maliyyəsini öyrənənlər üçün, həm də ümumən İslamla maraqlananlar üçün faydalı olan qədim sözlərin lüğəti çap edilmişdir.