Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsmayıl İsmayılov: Azərbaycan ötən 25 ildə özünü idman ölkəsi kimi tanıda bilib VİDEO

İsmayıl İsmayılov: Azərbaycan ötən 25 ildə özünü idman ölkəsi kimi tanıda bilib VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanıb. Tarixən idmanın müxtəlif növlərinin inkişaf etdiyi Azərbaycan mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Nazir müavini bildirib ki, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 1994-cü il iyulun 26-da imzaladığı Fərmanın mühüm rolu var. Məhz bu baxımdan 1994-cü ili ölkəmizin idman həyatında əsaslı dönüşün başlanğıcı adlandırmaq olar. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu.

“Hazırda Azərbaycan bütün sahələrdə digər ölkələr üçün nümunədir. Bu gün dünyada bir çox ölkə Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri öz təcrübələrində tətbiq edirlər. İdmançılarımızın hazırlıq prosesləri o ölkələrdə təşkil olunur ki, orada idmanın müvafiq növü inkişaf edib. Bu da müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət, qayğı və dəstəyin nəticəsidir. Bu gün elə bir çempionat, yarış, Olimpiada yoxdur ki, bizim idmançılarımız orada iştirak etməkdə hansısa çətinliklə üzləşsin. Halbuki 25 il əvvəl bu, əlçatmaz arzu sayılırdı. Azərbaycan dövlətinin idmana, idmançılara qayğısı Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin onlara göstərdiyi yüksək etimaddır. Sonuncu - XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması və milli komandamızın adambaşına düşən medalların sayına görə 15-ci yeri tutması atletlərimizin yüksək hazırlıq səviyyəsindən xəbər verir”, - deyə İ.İsmayılov qeyd edib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşması ilə nəticələnib. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

İ.İsmayılov bildirib ki, Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir. Azərbaycan 2012-ci ildə futbol üzrə “FIFA U-17” qadınlararası dünya çempionatının final mərhələsinə, ötən il dünya idman tarixində ilk Avropa Oyunlarına, bu ilin mayında 17 yaşadək futbolçular arasında Avropa çempionatına, iyunda Formula-1 Avropa Qran-prisinə, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi edərək idman ölkəsi olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Dünyanın ən nüfuzlu yarışlarından olan Formula-1 Avropa Qran-prisinin beş il ərzində Azərbaycanda keçirilməsi qərarı xüsusilə təqdirəlayiqdir. Dünyanın ən güclü şahmatçılarının iştirak etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi də bu baxımdan son dərəcə əhəmiyyətli hadisədir.

“Ötən il idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 823 medal qazanıblar. Bu, Azərbaycan bayrağının beynəlxalq arenada 823 dəfə dalğalanması deməkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən biridir”, - deyə İsmayıl İsmayılov vurğulayıb.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın sürətlə inkişaf etdiyini, ən müasir idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran nazir müavini deyib: “Müxtəlif səviyyəli yarışlarda uğur qazanan gənclərimizin əksəriyyəti respublikamızın bölgələrini təmsil edir. Əlamətdar haldır ki, bu gün ən ucqar bölgələrimizdə də mötəbər beynəlxalq yarışlar keçirilir. Naxçıvanda şahmat üzrə ənənəvi Qran-pri yarışının, Qəbələdə artıq dördüncü dəfədir təşkil olunan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılığın bütün növləri üzrə yarışların, gimnastika üzrə Qusarda, güləş üzrə İsmayıllıda turnirlərin keçirilməsi bu qəbildəndir. Həmçinin Gəncədə müxtəlif beynəlxalq yarışların təşkili regionlarda idmanın sürətli inkişafından xəbər verir. Yaxud qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” beynəlxalq şahmat turniri və bu turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakı Azərbaycanın təbliği baxımından mühüm rol oynayır”.

İsmayıl İsmayılov: Azərbaycan ötən 25 ildə özünü idman ölkəsi kimi tanıda bilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib