MƏDƏNİYYƏT
İspaniyada pandemiya ilə əlaqədar 550-dən çox otel satışa çıxarılıb
Madrid, 3o noyabr, AZƏRTAC
İspaniyanın mehmanxana biznesi COVID-19 pandemiyasının əmələ gətirdiyi böhranla əlaqədar ağır dövrünü yaşayır.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, koronavirusla əlaqədar sərhədlərin bağlanması və turistlərin olmaması İspaniya otellərinin iflasına səbəb olub. Bir çoxları bu aktivlərdən yaxa qurtarmaq qərarına gəlib. Nəticədə oktyabrın sonuna İspaniyada 557 otel satışa çıxarılıb. Bu, epidemiyanın başlandığı mart ayına nisbətən 19 faiz çoxdur.
Əndəlüs və Kataloniyada daha çox sayda - müvafiq olaraq, 114 və 101 otel satışa çıxarılıb.
Nəyin bahasına olsa da, mehmanxana biznesindən ayrılmamağı qərara alanlar turistlər olmadan bunun öhdəsindən necə gəlmək barədə fikirləşirlər. İspaniyada son vaxtlar yeni tendensiya əmələ gəlib: otellər öz məkanlarını məsafədən işləyən ofislər üçün bina qismində təklif edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]