Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“İstanbul Prosesi”: “Asiyanın Qəlbi” bu dəfə Azərbaycanda döyündü

“İstanbul Prosesi”: “Asiyanın Qəlbi” bu dəfə Azərbaycanda döyündü

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Paytaxtımızda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirildi.

Əvvəlcə tarixə nəzər salaq. “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin təməli çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında qoyulub. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən böyük bir regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir. Prosesdə Azərbaycan da daxil olmaqla, 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir. Daimi həmsədri Əfqanıstan olan bu platformaya beynəlxalq nüfuzu, güclü siyasi iradəsi nəzərə alınmaqla, Azərbaycan 2012-ci ildə bu prosesə dəvət alıb.

Ümumiyyətlə, qlobal enerji layihələrini uğurla icra edən, iqtisadi qüdrətini daima artıran Azərbaycan həm də beynəlxalq miqyasda tənzimləyici xarici siyasət yürüdən ölkə imicini qazanıb. Yəni liberal-demokratik dövlət olan Azərbaycan sülhü, harmoniyanı təbliğ edir, ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, iqtisadi əlaqələri gücləndirməklə qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən 7-ci nazirlər konfransındakı çıxışı zamanı ölkəmizin bu dəyərlərə sadiqliyini bir daha vurğulayıb: “Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir”.

Ölkəmizin xarici siyasətinin əsasını təşkil edən bu strategiyanın haradan və necə qaynaqlandığına nəzər salaq.

İqtisadi əməkdaşlıq sayəsində qazanılan beynəlxalq nüfuz

Sovet İttifaqının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində müəyyən çaşqınlıqlar yarandı. Neorealist nəzəriyyəçilər düşünürdülər ki, beynəlxalq münasibətlər sistemində illər boyu formalaşmış tarazlıq qlobal sabitliyin əsas təməlini təşkil edir. Sovet İttifaqının süqutu bu tarazlığın pozulmasına və qeyri-sabitliyin başlanmasına gətirib çıxaracaq. 

1990-cı illərin əvvəllərində baş verənlər neorealistlərin bu fikrini müəyyən mənada təsdiqləyirdi. Xüsusən yenicə müstəqillik qazanmış ölkələrdə münaqişə ocaqlarının yaranması, o cümlədən Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları, bunun nəticəsi olaraq torpaqlarımızın işğalı və baş verən digər qlobal gərginliklər beynəlxalq münasibətlər sisteminin gələcəyinin qeyri-müəyyənliyini şərtləndirirdi.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə yaranmış xaos, özbaşınalıq, hakimiyyət çəkişmələri, xarici siyasət kursunun müəyyənləşdirilməməsi ölkəni uçurum kənarına gətirib çıxarmışdı. Əlbəttə, belə bir vəziyyətdə beynəlxalq münasibətlər sistemində müəyyən mövqe tutmaq üçün güclü zəkaya, dərin düşünülmüş xarici siyasətə, diplomatiyaya böyük ehtiyac var idi. Belə bir vəziyyətdə xalqın Heydər Əliyev kimi dünyamiqyaslı siyasi xadimi hakimiyyətə dəvət etməsi ən düzgün addım kimi özünü doğrultdu. Əvvəla, Heydər Əliyev dünya miqyasında tanınan və seçilən siyasətçi idi. Digər tərəfdən öz şəxsi nüfuzundan və beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsindən istifadə edərək Azərbaycanı qlobal müstəviyə çıxara bilərdi.

Hakimiyyətinin illərində ümummilli lider Heydər Əliyev dünya dövlətlərini Azərbaycanla əməkdaşlığa cəlb etməyə nail oldu. Əlbəttə, dünyanın güclü dövlətlərini, tanınmış şirkətlərini müharibə şəraitində olan, yenicə müstəqilliyini bərpa etmiş bir ölkəyə sərmayə yatırmağa inandırmaq o qədər də asan deyildi. Şəxsi nüfuzu, diplomatiya elminin sirlərini dərindən bilməsi sayəsində Heydər Əliyev qısa müddətdə Azərbaycanın, ilk növbədə, iqtisadi əməkdaşlıq üzərində qurulan gələcəyini təmin edə bildi. Artıq özünü sübut etmiş liberal iqtisadi nəzəriyyənin də əsas təməl prinsipi məhz bu idi: Dövlətlər yalnız qarşılıqlı səmərəli əməkdaşlıqla iqtisadi qüdrətlərini artıra bilərlər. Sülhə yalnız qarşılıqlı iqtisadi əməkdaşlıqla nail olmaq mümkündür.

Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu şirkətlərin iştirakı ilə 1994-cü ildə Bakıda imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq əməkdaşlıq üçün açıq olduğunu dünyaya nümayiş etdirdi. Çox keçmədən Azərbaycan özünü etibarlı tərəfdaş kimi tanıda bildi.

Azərbaycan Ulu Öndərin əsasını qoyduğu və inkişaf etdirdiyi bu siyasətə sadiqliyini bu gün də davam etdirir. Həyata keçirilən qlobal enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ümummilli lider Heydər Əliyevin ideyalarının təcəssümü, onun müəyyənləşdirdiyi siyasi kursun məntiqi davamıdır.

Ziddiyyətli beynəlxalq münasibətlər fonunda uğurlu xarici siyasət

Bu gün ədalətsizliyin, ikili standartların, təzyiqlərin müşahidə olunduğu beynəlxalq münasibətlər sistemində maraqlara uyğun xarici siyasət aparaq olduqca çətindir. Bu, hər dövlətə, hər siyasi liderə nəsib olmur. Azərbaycan isə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqil xarici siyasətini yürüdür. Bununla bərabər, ölkəmiz dünyada gedən proseslərə açıq və birmənalı münasibət bildirir, beynəlxalq problemlərin həllinə yardımçı olmaq missiyasını yerinə yetirir, maraqla qarşılanan mühüm çağırışlar edir... 

Azərbaycanın beynəlxalq münasibətlərdə tənzimləyici rolu ilə bağlı bəzi məqamları xatırlatmaq yerinə düşər.

Məsələn, dünyada islamofobiyanın gücləndiyi, müsəlman ölkələrinin bir çoxunu münaqişələr bürüdüyü müasir dövrdə Azərbaycan Prezidentinin İslam həmrəyliyi çağırışı yüksək qiymətləndirilir və getdikcə daha çox dəstək qazanır. Eyni zamanda, bir müddət əvvəl Rusiya və Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında və münasibətlərin nizamlanmasında regionun aparıcı dövləti olan Azərbaycanın böyük rol oynadığı artıq heç kəs üçün sirr deyil. Bunu həm Türkiyə, həm də Rusiya tərəfi dəfələrlə bəyan ediblər.

Həmçinin Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin, görüşlərin keçirildiyi məkandır. Bu gün Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Bir-birini əvəz edən humanitar forumlar, hər il keçirilən Qlobal Bakı Forumu, Azərbaycanın uğurla ev sahibliyi etdiyi Dünya Xəbər Agentliklərinin V Konqresi və digər mötəbər tədbirlər bu qəbildəndir.

Artıq dünya dövlətləri də Azərbaycanın müstəqil xarici siyasətini dəstəkləyir, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu xüsusi vurğulayırlar. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünya dövlətlərinin Azərbaycana olan marağının bariz göstəricisidir. Həmçinin Rusiyanın və ABŞ-ın Baş Qərargah rəislərinin Bakı görüşü ölkəmizin beynəlxalq sistemdəki yerini və rolunu göstərən əsas faktlardandır. Eyni zamanda, ilk Avropa Oyunlarının, Formula-1 yarışlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər beynəlxalq idman yarışları ölkəmizdə keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı da Azərbaycanın beynəlxalq əməkdaşlığa, sülhə, sabitliyə verdiyi daha bir töhfə kimi qiymətləndirilir.

“İstanbul Prosesi”: “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar”

Bakı konfransı üçün seçilmiş mövzudan da görünür ki, Azərbaycan Asiyanın Qəlbi regionu üçün öz modelini təklif edir. “Asiyanın Qəlbi” adlandırılan bu geostrateji region tarix boyu dövlətlərin maraq dairəsində olub. Uzun müddətdir ki, regionun ayrı-ayrı ölkələrində qeyri-sabitlik hökm sürür, münaqişə ocaqları alovlanır. Regionda gedən bu proseslərdən ən çox əziyyət çəkən isə məhz Əfqanıstandır. 

Türkiyənin təşəbbüsü ilə regiona sabitlik gətirmək məqsədilə yaradılmış “İstanbul Prosesi”nə böyük ümidlər bəslənilir. Əlbəttə, hər zaman Əfqanıstana dost münasibəti bəsləyən Azərbaycanın bu prosesdə iştirakı xüsusi önəm və məna daşıyır. Xüsusən ona görə ki, Azərbaycan “İstanbul prosesi”nin daha da səmərəli olması üçün mühüm töhfələr vermək imkanına malikdir. Dövlətimizin başçısı konfransdakı nitqində bu məsələyə toxunaraq ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional bağlılıq layihələrinin Əfqanıstanın qlobal bazara çıxışını təmin edəcəyini diqqətə çatdırıb.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani konfransdakı çıxışında Azərbaycanın cəsur əsgərlərinin onun ölkəsinin təhlükəsizliyinə, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə və Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfələri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə müraciətlə deyib: “Biz Sizin hərbi dəstəyin artırılması ilə bağlı son bəyanatınızı alqışlayırıq. Siz özünüzə miras qalmış elan olunmamış müharibədən, məcburi köçkünlük, yoxsulluq, cinayətkarlıq və korrupsiyadan qaynaqlanan problemlərinizi həll edərək bizim problemlərimizi və perspektivlərimizi dərindən başa düşdüyünüzü nümayiş etdirmisiniz. 2000-ci ildən başlayaraq ümumi daxili məhsulun yüksəlməsi timsalında Sizin problemlərin öhdəsindən gəlməkdə əldə etdiyiniz uğur sabitlik və rifah axtarışımızda bizə inam verir. Davamlı islahatlar və ya nümunələr vasitəsilə iqtisadiyyatınızı sistematik olaraq şaxələndirməyiniz bizi sevindirir. Siz birbaşa təlim və paylaşma vasitəsilə bizə ən yaxşı formada texniki yardım göstərirsiniz”.

“İstanbul Prosesin”dən Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq modelinə birmənalı dəstək

Bakıda keçirilən nazirlər konfransının əhəmiyyətini göstərən mühüm faktlardan biri tədbir iştirakçılarının əhatəli və nüfuzlu tərkibidir. Belə ki, konfransda Əfqanıstanın Prezidenti ilə yanaşı, Türkiyənin, Pakistanın, İranın xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələrinin iştirak ediblər. Həmçinin tədbirə İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri qatılıblar. Eyni zamanda, iştirakçılar arasında müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri də olub. Ümumilikdə tədbirdə 250 nəfərdən çox nümayəndə iştirak edib. Konfransın işini 100-dən çox yerli və xarici KİV nümayəndəsi işıqlandırıb.

Konfransın yekununda qəbul olunan bəyannamədə dünya dövlətlərinin Azərbaycanın təklif etdiyi əməkdaşlığı dəstəklədiyinə bir daha şahid olduq: “Biz Əfqanıstanın Asiyanın Qəlbi regionunda regional uzlaşma və iqtisadi inteqrasiyanın təşviqində təbii torpaq/quru körpü rolunu qeyd edirik və biz regional iqtisadi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Əfqanıstanın öz coğrafi yerləşməsindən faydalanma səylərinə qəti dəstəyimizi bir daha bəyan edirik. Biz iqtisadi inkişafın Əfqanıstanda, regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyini və regional iqtisadi inteqrasiyanı genişləndirəcəyini vurğulayırıq”.

Beləliklə, Azərbaycanın təklif etdiyi qarşılıqlı faydalı əməkdaşlıq modeli “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində də birmənalı olaraq dəstəkləndi. Ümumilikdə bu konfrans Azərbaycanın beynəlxalq nüfuzunu, sülhə, əməkdaşlığa, təhlükəsizliyə verdiyi töhfələrin dünya ölkələri tərəfindən böyük rəğbətlə qarşılandığını bir daha nümayiş etdirdi.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək