MƏDƏNİYYƏT
İstanbulda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun doğum günü qeyd olunub
İstanbul, 15 dekabr, АZƏRTAC
İstanbuldakı Türk Mədəniyyət Mərkəzində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 88-ci ildönümü münasibətilə konfrans keçirilib.
Konfransda diplomatlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatçılar, Aytmatovsevərlər iştirak ediblər.
Tədbirdə Qırğızıstanın Türkiyədəki səfir İbrahim Yunusov, İstanbul Böyükşəhər Bələdiyyəsinin nəzdindəki “Kültur A.Ş”nin baş direktoru Nevzet Kütük və başqaları çıxış ediblər.
Əvvəlcə Çingiz Aytmatovun həyat və yaradıcılığından film nümayiş olunub.
Ç.Aytmatovun ayrı-ayrı əsərlərinin təhlilini əks etdirən məruzələrdən sonra böyük yazıçının əsərlərindən nümunələr səsləndirilib.
Çıxış və məruzələrdə diqqətə çatdırılıb ki, türk dünyasının böyük oğlu bütün yaradıcılığında bəşəri dəyərləri tərənnüm edib.
İştirakçılara Çingiz Aytmatovun əsərləri hədiyyə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]