RƏSMİ XRONİKA
İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ PASKAL KUŞPENİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsveçrə Prezidenti Paskal Kuşpeni və xanımı Brigit Kuşpeni səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Paskal Kuşpen fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Paskal Kuşpenə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
######