Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmöləndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında yaxşı və etibarlı münasibətlər formalaşıb ki, bu da bizə böyük qlobal çağırışlara qarşı birgə mübarizə aparmaqda kömək edir. İcazə verin, İsveçrənin ölkələrimiz arasındakı mehriban və məhsuldar əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə və daha da gücləndirilməsinə sadiqliyini bir daha bildirim.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Qi Parmölən

İsveçrə Konfederasiyasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin