MƏDƏNİYYƏT
“Jara” Beynəlxalq Musiqi Festivalı davam edir
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti keçirilir.
AZƏRTAC xəbər verir ki, tamaşaçıları Leonid Aqutinin və Valeriyanın yubiley gecələri gözləyir.
Habelə Polad Bülbüloğlu, Samir Bağırov, Jasmin, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, The Jigits, Anjelika Varum, Kristina Orbakayte, Lyubov Uspenskaya, Ani Lorak, Qlükoza, Nikolay Baskov, Aleksey Çumakov, A`Studio, The Jigits, Yuliya Kovalçuk, Darya Antonyuk, Slava, Artik & Asti, Natali, Qriqori Leps, Natalya Podolskaya və başqaları çıxış edəcəklər.
Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları ilə tamaşaçıları heyrətləndirir. Digər tərəfdən isə festival iştirakçıları da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.
“Sea Breeze Resort” istirahət mərkəzində dünəndən başlanan bu festival maraqlı ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş etməkdədir.