SİYASƏT
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
Strasburq, 21 aprel, AZƏRTAC
Nümayəndə heyətimizin üzvləri minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı məsələni qaldırır və sessiya müddətində təkrar qaldıracaq. Ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi də əslində, Parlament Assambleyasının sessiyasının müvafiq müzakirələrinə salınmalı idi. Ancaq Assambleya yenə bitərəf mövqe tutmadı, ikili standartlar özünü göstərdi. Münaqişə qurtarandan sonra hər iki tərəfi narahat edən məsələ müzakirə olunmalı idi. Müzakirənin adından bəllidir ki, burada yenə qərəzli mövqe var.
Bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov AZƏRTAC-a müsahibəsində bildirib.
Erməni deputatlar Bakıdakı Hərbi Qənimətlər Parkının açılışını həzm edə bilmirlər. Ağır psixoloji vəziyyətdədirlər, beyin yuyulmasına məruz qalıblar. Xatırlatdıq ki, ermənilərin törətdiyi Xocalı faciəsi var, mülki əhalinin amansızcasına öldürülməsi faktı var.
Qeyd edib ki, noyabrın 10-dan sonra saxlanılan erməni təxribatçıları ilə bağlı məsələni erməni tərəfi qış sessiyasında və yaz sessiyasında da gündəliyə salmağa cəhd edib. Qış sessiyasında ermənilərin niyyətləri baş tutmadı. Yaz sessiyasında isə müvafiq siyasi partiyalara yalvararaq, yüz cür don geyərək debatlara sala bildilər.
Kamal Cəfərov bildirib ki, o, həmin siyasi partiyaya üzv olmaqla bağlı müraciət edib, ancaq hələ də cavab verilməyib. Bununla bağlı həmin siyasi partiyanın müvafiq qurumlarına müraciət olunub və lazımı məlumat göndərilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq