RƏSMİ XRONİKA
KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM MİKAEL JANA
Hörmətli xanım General-qubernator,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Kanada münasibətlərində hazırda nəzərə çarpan inkişaf meyilləri məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimiz, ikitərəfli qaydada və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 iyun 2008-ci il.