Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Karlo Fusko: Yeni ekran əsərimiz Hollivud ab-havalı bir Azərbaycan filmi olacaq

Karlo Fusko: Yeni ekran əsərimiz Hollivud ab-havalı bir Azərbaycan filmi olacaq

Bakı, 7 aprel, Məmməd Məmmədli, AZƏRTAC

Son zamanlar Azərbaycana və ölkəmizin kino sənayesinə ciddi maraq göstərən italiyalı rejissor, ssenarist, prodüser və “Lykos Film Entertainment LLC” film studiyasının direktoru Karlo Fusko AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bildiyimizə görə, Azərbaycanda kino sahəsində fəaliyyət göstərmək və film layihələrinizdən birini ən qısa zamanda burada gerçəkləşdirmək istəyirsiniz. Ölkəmizə belə bir maraq sizdə haradan, nədən yaranıb?

-Səyahət etməyi, yeni məkanlar, fərqli mədəniyyətlər kəşf etməyi sevən insanam. Bir neçə ay bundan əvvəl Azərbaycana ilk dəfə turist kimi gəlmişəm. İlk gündən müşahidə etdiyim mənzərənin füsunkarlığı - Bakının müasirliyinə, eyni zamanda, tarixiliyini qoruyub saxlamasına heyran oldum. Burada bir çox yerli insanla tanış oldum və onların mehribanlığı mənə xoş təsir bağışladı. Bu və digər xüsusiyyətlərinə görə azərbaycanlıların İtaliyanın cənub hissəsinin sakinləri ilə oxşarlığını gördüm.

Beləliklə, növbəti filmimi bu füsunkar ölkədə çəkməyə qərar verdim. İstəyim Azərbaycanın sənət adamları ilə tanış olmaq və onlarla əməkdaşlıq etməkdir. Bunun ardınca da filmin çəkilişlərində texniki, yaradıcı və aktyor heyətinin böyük əksəriyyətini məhz buradan tapıb seçməkdir.

- Yeni kino layihəniz barədə oxuculara geniş məlumat verərdiniz.

-Azərbaycanlı aktyorlardan Fəxrəddin Manafovun yaradıcılığı ilə tanış olmuşam və ən qısa zamanda aktyorla əlaqə saxlayıb ona filmdə baş rolu təklif etmək istəyirəm. Xaricdən yalnız Denni Treyo, Maykl Madsen, İeva Likos və italyan aktyoru Mişel Plaçidonu dəvət edəcəyik.

Filmin janrı və mövzusu haqqında isə onu deyə bilərəm ki, hekayə psixoloji triller janrındadır. Film bacısının ölümünü qəbul edə bilməyən, daxili sakitlik və sükut axtarışında olan bir qadının yaşadıqlarından bəhs edir. Bir daha qeyd etmək istəyirəm ki, istehsalı əvvəldən axıra qədər Azərbaycanda həyata keçiriləcək. Ekran əsərimiz italyan rejissoru və bir neçə xarici aktyor ansamblı da daxil olmaqla Hollivud ab-havasının da hiss olunacağı bir Azərbaycan filmi olacaq.

Onu da qeyd etmək istərdim ki, gələcəkdə Qarabağ müharibəsindən bəhs edən film də çəkmək niyyətindəyik. Bununla Azərbaycan həqiqətlərini dünyaya və xüsusilə də Qərbə çatdırmaq istərdik. Zənnimcə, Qərb mediası özəlliklə İkinci Dünya müharibəsindən sonra yalnız Holokost faciəsini işıqlandırmış, Ermənistanın Azərbaycana qarşı başladığı ədalətsiz müharibənin qurbanları, törətdiyi faciələr, dağıntılar, eləcə də dünyanın bir çox yerində, məsələn Suriya, İraq, Fələstin kimi ölkələrdə baş verən hadisələr hələ ki, ekran əsərlərinin mövzusu olmamışdır.

-Azərbaycan kino sənayesi haqqında nə qədər məlumatlısınız və ölkəmizdə adı çəkilən sahənin vəziyyətini necə qiymətləndirirsiniz? Nə vaxtsa izlədiyiniz, yaxud haqqında eşidib-bildiyiniz, məlumatlı olduğunuz Azərbaycan filmləri varmı?

-Bəli, az da olsa məlumatım var və bilgim dairəsində səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan kino sənayesi əvvəllər daha yüksək səviyyədə olub və özünün çiçəklənmə dövrünü yaşayıb. Lakin Sovet İttifaqının süqutundan sonra bir çox sahələrdə olduğu kimi, kino sənaye strukturunun da dağılması, müstəqilliyini yenicə bərpa edən bir dövlətin müharibənin ağrı-acılarını yaşaması kimi bir çox amillər adı çəkilən sahəni də zəiflətmiş, inkişafına maneələr yaratmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan kinosu yenidən özünün çiçəklənmə dövrünə qədəm qoyub. İnkişaf etmiş bir ölkənin bu sahənin də işini irəli aparmaq üçün kifayət qədər potensialı var. Elə təkcə Azərbaycan kino tarixinin 1898-ci ildən başlanmasını xatırlatmaqla onun necə böyük məsafələr qət etdiyi bu fikirləri səsləndirməyə haqq qazandırır. Əslində bu faktın özü, yəni kinonuzun tarixi məndə rəğbətqarışıq təəccüb doğurmuşdur. Deməliyəm ki, illər öncə 2 avqustun kino işçilərinin peşə bayramı olması ilə bağlı ölkənin mərhum prezidenti Heydər Əliyevin Azərbaycan Kinosu Günü olaraq qeyd olunması haqqında Sərəncamı kino sənətinin inkişafına qayğısının davamlı olaraq aparılacağı kimi yadda qalır. Ümumiyyətlə, bu dahi insanın ölkəsi, xalqı üçün gördüyü işlər, xarici dövlətlərlə qurduğu əməkdaşlıq, işgüzar münasibətlər haqqında eşitdikcə heyrətə gəlirəm. O, dünya tarixində yer almış böyük şəxsiyyətlərin sırasındadır.

Onu da deyim ki, Azərbaycanın coğrafi mövqeyinin və iqliminin kino çəkilişi üçün əlverişli olması, zəngin və rəngarəng təbiəti, mədəni-tarixi abidələri, insan kapitalının, güclü kino ənənələrinin və məktəbinin olması, eyni zamanda, dövlətin son illərdə bu sahəyə göstərdiyi qayğısı, diqqəti - dövlət və özəl film studiyalarına maliyyə dəstəyinin ayrılması, ssenari müsabiqələrinin keçirilməsi ilə yaradıcı rəqabət mühitinin genişlənməsi, dövlət studiyalarının maddi-texniki bazasının zənginləşdirilməsi, müxtəlif kino tədbirləri və festivallarının təşkil olunması kimi amillər ölkənizin kino sahəsində inkişafına böyük ümidlər verir.

Bunun nəticəsidir ki, bir sıra beynəlxalq nüfuzlu film festivallarında müasir Azərbaycan kinolarının iştirakının və aldığı mükafatların şahidi oluruq. Bunların arasında xatırladıqlarımdan, təmsil etdiyim ölkəyə məxsus və dünyanın ən nüfuzlu film festivallarından biri olan Venesiya Beynəlxalq Film Festivalında müxtəlif illərdə iştirak etmiş Elçin Musaoğlunun “Nabat”, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmlərini, yaxın tarixdə nüfuzlu Sarayevo Beynəlxalq Film Festivalında iştirak etmiş rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmlərini misal göstərə bilərəm. Təbii ki, bunlar yalnız adlarını xatırladıqlarımdır.

-Bir müddət əvvəl Bakıdakı kinoteatr şəbəkələrindən birində "Sonuncu şifrə" adlı filminiz nümayiş olunub, bu film haqqında və ona olan maraq barədə nə deyərdiniz? Ümumiyyətlə Azərbaycanın izləyici auditoriyasını necə qiymətləndirirsiniz?

-“Sonuncu şifrə” filmi real hadisələr əsasında çəkilmiş bir filmdir. Filmdə öz qızını illərlə evinin zirzəmisində gizlədən, onu şiddət, əzab və təcavüzə məruz qoyan bir ata və bu zindan həyatından özünü və qızını xilas etməyə çalışan qadının hekayəsindən bəhs olunur.

Film qadının ağır faciəsini, əslində cəmiyyətdə tez-tez rastlaşdığımız bir nüansı - qadına qarşı şiddəti göz önünə gətirir. Bir sözlə, film kommersiya filmi deyil, güldürmür, əksinə izləyicini düşündürür. Filmi qiymətləndirməyə gəldikdə, nəticələr məni çox məmnun etdi və “Sonuncu şifrə” müxtəlif beynəlxalq film festivallarında fərqli nominasiyalar üzrə bir çox mükafat qazandı.

Düşünürəm ki, Azərbaycanda ictimaiyyəti kinoteatrlarda filmlərə baxmağa təşviq etməli, İtaliyada olduğu kimi, kinoteatrların unudulmasına imkan verilməməlidir. Təəssüf ki, burada da böyük çoxluq filmlərə müxtəlif platformalar üzərindən, evlərdə baxmağa üstünlük verir.

-Son olaraq, dünya kino tarixində özünəməxsus yeri olan və bəşəriyyətə sənət inciləri bəxş edən İtaliya kinosunun nümayəndəsi olaraq Azərbaycanda kino sahəsinin inkişafı üçün nələri tövsiyə edərdiniz?

-Böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, İtaliya kinosu belə, əvvəlki səviyyəsində deyil və hətta deyərdim ki, indi özünün tənəzzül dövrünü yaşayır. Əvvəllər dünya kino bazarında şah əsərlərin demək olar ki, çoxu İtaliya filmi olduğu halda, bu gün çəkilən filmlərin böyük əksəriyyəti mənasız mövzuları ehtiva edən lentlərdir.

Azərbaycan kinosuna gəldikdə, onu deyə bilərəm ki, hazırda məmləkətinizi bütün janrlarda filmlər çəkmək üçün ideal və toxunulmamış ərazi kimi gördüyümdən bu sahəyə daha çox diqqət ayrılacağına və daim inkişafa meyilli cəhdlər ediləcəyinə inanıram. Kino sektorunun nümayəndələri də yalnız ölkə hüdudları ilə məhdudlaşmamalı, daha irəli baxmalı və yüksək hədəflər axtarmalıdır. Daha çox kino ilə əlaqədar sahələrdə tədrislə məşğul olan məktəblər yaradılmalı, yeni-yeni aktyorlar, yaradıcı şəxslər yetişdirməli, həmçinin texniki heyət hazırlanmalıdır. Hər şeydən öncə kinonun sənət və mədəniyyətlə yanaşı, çox böyük bir sənaye sahəsi olduğunu anlamaq lazımdır. Düzgün yol xəritəsi ilə Azərbaycanı qısa zamanda kino istehsalçıları üçün əsas istiqamətlərdən birinə çevirmək, eyni zamanda, ölkə turizminin təbliğatını aparmaq mümkündür.

-Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Katiblik rəhbəri: Kommunal xidmətlərə qoşulmada əlçatanlığın təmin olması çox vacibdir

Ədəbiyyat Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb

Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY

Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib