Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Karlo Kalenda: TAP İtaliya üçün strateji əhəmiyyət kəsb edir və boru kəmərinin tikintisi davam edəcək

Bakı, 8 aprel, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir və boru xəttinin tikintisi təsdiq olunduğu kimi də davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda deyib. Nazir qeyd edib ki, TAP boru kəmərinin seçilməsi təchizatın təhlükəsizliyi, qaz mənbələrinin şaxələndirilməsi, İtaliya və Avropa bazarında rəqabət aparan təchizatçıların sayının artması və qiymətdə müsbət effekt yaradacaq.

“Mənbələrin və marşrutların şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. İtaliya hazırda 45 faiz Rusiya təbii qazından asılıdır. Digər mühüm iri təchizatçılar Əlcəzair və Liviyadır ki, bunlar hələ də qeyri-sabit regionlardır. Əlcəzair ilə 35 milyard kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddəti 2020-ci ildə bitəcək ki, gözlənilən tələbata münasibətdə potensial defisit təqribən 14 milyard kubmetr həcmində dəyərləndirilir. Bunun üçün də TAP mühüm layihədir”.

Xatırladaq ki, ötən həftələrdə İtaliyanın Dövlət Şurası TAP qaz boru kəmərinin tikintisinə icazə verib.

TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan-550 kilometr, Albaniya-215 kilometr, Adriatik dənizi-105 kilometr, İtaliya-8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyələşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər

“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

ANAMA: Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib

“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan məktəbliləri Türkiyədə beynəlxalq riyaziyyat olimpiadalarında səkkiz qızıl medal qazanıblar

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

BDU-da yaz imtahan sessiyası başlanıb

Göygöl sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub

XİN-in rəsmisi: Təcrübədə miqrasiyanın tələblərindən yayınmaq məqsədli nikahların bağlanması hallarına çox rast gəlinir

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırası genişləndirilir

Miqrasiya Xidmətinin rəsmisi: Məqsədli nikahlar qanunsuz miqrasiyanın hüdudlarının genişlənməsinə gətirib çıxarır

“Nvidia” yeni süni intellekt çiplərini anons edib

Azərbaycan COP29 çərçivəsində BEA ilə birgə əməkdaşlığı razılaşdırıb

Gürcüstan hökuməti pandemiya zamanı vətəndaşlara yazılan 2 milyon dollarlıq cəriməni silir

Qaradağ rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

BMU-da Şimali Kipr Türk Respublikasının universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Son beş ildə ünvanlı sosial yardım təyinatında tətbiq edilən ehtiyac meyarı 2,3 dəfə artıb

Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsində 150-dən çox vokalçı yarışacaq

Hindistanda keçirilən seçkilərdə 642 milyon nəfər iştirak edib

Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı məlumat kitabçası nəşr edilib

BVF ilə Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artırılmasının yeni istiqamətləri müzakirə edilib

Türkiyə rəsmisi türk ölkələrinin gənclərinin kosmik sahədə təmaslarının əhəmiyyətindən bəhs edib

Komitə sədri Ailə Məcəlləsinə yeni dəyişikliklərin məqsədini açıqlayıb

AZAL Bakı-Küveyt-Bakı reyslərini bərpa edir

Azadlıq prospektinin bir hissəsinin təmirinə başlanılıb VİDEO

Lənkəranda dənizdə boğulma təhlükəsi ilə üzləşən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Moskvada azərbaycanlı rejissorun filminin premyerası olub

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir

Beyləqanda ot bağlaması daşıyan "KamAz"ın qoşqusu yanıb VİDEO

Yusif Eyvazov: Qalibləri dürüst və düzgün seçəcəyik. Qoy yeni “ulduz” doğsun!

Qazaxıstan “Taliban”nı terrorçu təşkilatlar siyahısından çıxarıb

Metronun “Neftçilər” stansiyasında təlim keçirilib

BAMF 2024-cü il üçün Nobel sülh mükafatına namizədini açıqlayıb

Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib

Estoniya Rusiya ilə sərhəddə monitorinq məntəqələri tikməyə başlayıb

"Zirə"nin futbolçusu: Qol imkanlarından istifadə edə bilməməyimiz nəticəyə təsir etdi

Polad Bülbüloğlu: Artıq vokalçıların Bülbül adına müsabiqəsinə rəhbərlik etməyə layiq olan dünya səviyyəli azərbaycanlı müğənnilər yetişib

“Sumqayıt” qapıçısı ilə yollarını ayırıb

ÜST pandemiya sazişi üzrə danışıqları daha bir il uzadıb

Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Nazir müavini: Hədəfimiz hər il peşə hazırlığı üçün 40 min iş yerinin müəyyən edilməsidir

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun tətbiqi və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Recayna şəhərinin meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Rəsədxana: Zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

® “AccessBank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib

İyunun 4-də Bakıda 35 dərəcə isti olacaq

BMU-da imtahan sessiyasına başlanılıb

Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə başlanılıb

Sosial xidmət müəssisəsinin sakinləri Azərbaycan Kubokunun finalında meydana çıxıblar

Himalay Məmişov: Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” vasitəsilə mümkün olacaq

Xəbərdarlıq: Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Pediatr: Orqanizmdə temperatur 38 dərəcədən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir

® “Rabitəbank” nağd pul krediti üzrə faizləri aşağı salıb!

Ağsuda Beynəlxalq Folklor Festivalı keçirilib

MEK istifadəçiləri üçün daha bir yenilik tətbiq edib

“Məşğulluğa dəstək layihəsi”nin aktiv biznes fəaliyyəti ilə seçilən iştirakçılarına əlavə avadanlıqlar verilib

Rusiyalı ekspert: Bakı ilə İrəvan arasında sülh sazişinin 2024-cü ilin sonu-2025-ci ilin əvvəlində imzalanması ehtimalı var ŞƏRH

DSMF sədri: Bugünkü günə 270 minə yaxın şəxs ünvanlı sosial yardım proqramı ilə əhatə olunub VİDEO

Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir avtobuslar istifadəyə verilib

Naxçıvan şəhərində üç avtomobil toqquşub

Özbəkistanda İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 12-ci konfransı keçirilib

Gürcüstan parlamentinin sədri “Xarici təsirin şəffaflığı haqqında” Qanunu təsdiqləyib

® “Araz” supermarketlər şəbəkəsi beynəlxalq mükafata layiq görülüb

İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib

Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub

Türkiyənin XİN rəhbəri Çində səfərdədir

Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib VİDEO

® “Kapital Bank”ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

Ramana qəsəbəsindəki marketdən tütün məmulatı və oradakı ödəmə terminalından pul oğurlanıb

Anar Əliyev: Hər il 290 minə yaxın şəxsin peşəyönümü məsləhəti xidmətinə cəlb edirik

Nobel mükafatı laureatı Əziz Səncər ən qədim və nadir tibb əlyazmaları ilə tanış olub

Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası VİDEO

DSMF sədri: Yenilik nəticəsində sosial yardımla bağlı imtinaların azalmasının şahidi olacağıq

Hərbi qulluqçumuz “Afrika Aslanı-2024” təlimində iştirak edib

Dövlət Gömrük Komitəsində “Özünet” layihəsinin təqdimatı olub

İna Koşeru: COP29 iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək VİDEO

“Qaraca qız” tamaşasının premyerası olub

® “Ziraat Bank Azərbaycan” uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib