İQTİSADİYYAT
Kompüter, elektron və optik məhsulların istehsalı artıb
Bakı, 21 dekabr, AZƏRTAC
Cari ilin 11 ayında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 207,8 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 51,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 17,2 faiz artıb.
Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların və 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə çoxalıb.