DÜNYA
KORDOVA KİLSƏSİ YENİDƏN MƏSCİD OLA BİLƏR
İspaniyanın cənubunda yaşayan müsəlman icmasının sayı həm Şimali Afrikadan gələnlərin hesabına, həm də yerli ispaniyalıların islam dinini qəbul etmələri nəticəsində get-gedə çoxalır. Hazırda Kordovada 500-dən artıq müsəlman yaşayır və namaz qılmaq istəyənlərin hamısı şəhərdəki məscidə sığışmır.
İspaniya müsəlmanları icmasının liderləri deyirlər ki, onların məqsədi üç İbrahim konfessiyası - uidaizm, xristianlıq və islam nümayəndələri arasında təfriqə salmaq yox, anlaşma yaratmağa nail olmaqdır. Çoxillik danışıqlardan sonra ötən il Qrenadada açılmış Təkva məscidinin imamı Zəkərias Maza deyir: “Kordova yüzilliklər ərzində üç mədəniyyətin birliyinin rəmzi olmuşdur. Hətta indinin özündə də yəhudilər və müsəlmanlar məscidin ətrafında xristianlarla qonşuluqda yaşayırlar”.