REGİONLAR
Lənkəranda ağacəkmə aksiyası keçirilib
Lənkəran, 7 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan aksiya Lənkəran şəhəri Heydər Əliyev prospekti ərazisində keçirilib və 200 ədəd sərv ağacı əkilib.
Qeyd edək ki, eyni gündə rayonun bir neçə yaşayış məntəqəsində də ağacəkmə aksiyası keçirilib, 200 ədəd tuya və 300 ədəd Eldar şamı ağacı əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [17:26]
Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub
- 01.06.2024 [17:21]
Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb
- 01.06.2024 [17:08]
Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub
- 01.06.2024 [17:00]
Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO
- 01.06.2024 [16:41]
Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub
- 01.06.2024 [16:17]