REGİONLAR
Lənkəranda şəhid Afərin Qulamzadənin xatirəsinə bulaq tikilib
Lənkəran, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Mamusta kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Qulamzadə Afərin Müqəddəs oğlunun şəhadətinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhid Afərin Qulamzadənin adını əbədiləşdirmək məqsədilə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub.
Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki Zəfərindən danışıblar.
Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
Mərasim iştirakçıları şəhid Afərin Qulamzadənin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.