SİYASƏT
Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür
Bakı, 1 may, AZƏRTAC
Bakıda olmaqdan və Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən çox məmnunam. Azərbaycan Prezidentinə və tədbirin təşkilatçılarına təşəkkür edirəm, çünki mədəniyyətlərarası dialoq üzrə müzakirələr aparmaq olduqca zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında litvalı tədqiqatçı Ornela Ramaşauskayte səsləndirib.
Azərbaycanın Qlobal Cənub ilə Avropa arasında körpü olduğunu bildirən tədqiqatçı qeyd edib: “Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür və müxtəlif, eləcə də mürəkkəb təfəkkürlər arasında vasitəçi kimi çıxış edir”.