DÜNYA
Livanda prezident sarayına gedən yollar bağlanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Livanın Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşları nümayişlər səbəbindən prezident sarayına gedən yolları bağlayıb.
AZƏRTAC NNA agentliyinə istinadla xəbər verir ki, yolların bağlanması Beyrutda böyük tıxaclara səbəb olub.
Prezident sarayının qarşısında keçirilən dinc mitinqin təşkilatçıları parlamentin təcili iclasının çağırılmasını və noyabrın 4-dək “xilas” hökumətinin formalaşdırılması üçün müstəqil məsul şəxsin təyin olunmasını tələb edirlər.
Xatırladaq ki, oktyabrın 29-da Livanın Baş Naziri Saad Hariri bütün ölkə ərazisini bürüyən etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]