RƏSMİ SƏNƏDLƏR
Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Məhəmməd Yunis əl-Mənfi
Liviya Prezident Şurasının sədri