DÜNYA
Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb
Bakı, 19 mart, AZƏRTAC
Britaniya paytaxtının şimal hissəsində yerləşən Finsberi parkı rayonundakı Hornsi-Roudda sakinlər binaların birinin divarında əlində şlanq və boya spreyi olan adam təsvirini görüblər. Onun ətrafındakı məkan bütünlükdə yaşıl rəngə qərq olmuşdu. Eyni zamanda, rənglər qarşıdakı budaqları kəsilmiş ağacda çatışmayan yarpaqları xatırladırdı.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Benksi adı ilə bütün dünyada tanınan rəssam artıq iki foto divarı dərc etdirərək işə başlamazdan əvvəl və onu başa çatdırdıqdan sonra özünün müəllif hüququnu təsdiq edib.
Amma açıq-aşkar təmirə ehtiyacı olan binanın fasadındakı rəng tökülür və bu səbəbdən tezliklə özünün ilkin görkəmini tamamilə itirə bilər.
Bəziləri məşhur anonim rəssamın yaratdığı monumental boyakarlıqda ekoloji mesaj görürlər. Onların arasında “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edən tanınmış britaniyalı siyasətçi Ceremi Korbin də var.