Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstanın Prezidenti Yanoş Aderdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır, bu səbəbdən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam. Əminəm ki, qarşıdakı illər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni perspektivlər açacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali vəzifənizdə yeni uğurlar diləyirəm.

 

Yanoş Ader

Macarıstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin