Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

MADDİ-MƏDƏNİYƏT ABİDƏLƏRİ DİYARI OLAN NAXÇIVAN TURİZM BAXIMDAN DA CƏLBEDİCİ REGİONDUR

Naxçıvan, 4 avqust (AZƏRTAC). Müasir dövrümüzdə dünya iqtisadiyyatında ən mühüm yer tutan sahələrdən biri turizmdir. Hesablamalara görə, dünya üzrə xidmətlər bazarının üçdə birini, istehlak xərclərinin 10 faizdən çoxunu, məşğul əhalinin 10 faizə qədərini (təqribən 250 milyon nəfər) turizm sənayesi əhatə edir.

Bunun nəticəsidir ki, artıq turizm sənayesi hətta neft hasilatı və avtomobilqayırma sənayesi ilə də rəqabətə girmişdir. Bəs nədir turizm? Turizm dedikdə insanlarının təsəvvüründə səmərəli keçirilən asudə vaxt, fəal istirahət növü canlanır. Müasir dünyada səyahət etmək, yeni ərazilər və mədəniyyətlərlə tanış olmaq, təbii və tarixi abidələri, adət və ənənələri canlı seyr etmək insanların artıq mənəvi tələbatına çevrilmişdir. Cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi kimi yaranan, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edən turizmi təşkil edə bilmək üçün bölgənin iqtisadi inkişaf səviyyəsi və buna uyğun olaraq buradakı insanların sosial vəziyyətlərinin də kifayət qədər yüksək olması mühüm şərtdir.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malik ölkələrdəndir. Son illər ölkədə əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu sahənin yeni imkanlarla daha yüksək səviyyədə inkişafına şərait yaratmışdır. Hələ 2002-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkədə turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlmişdir. Bunun nəticəsidir ki, ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı ötən dövr ərzində 4 dəfə artmışdır.

Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Hazırda respublikada 120-dən çox turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. Turizm müəssisələrinin sayı 2002-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.

Azərbaycanda bu sektorun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin ölkə iqtisadiyyatının aparıcı, inkişafda olan bir sektoruna çevrilməsinə təkan verəcəkdir.

Proqramda turizmlə bağlı yeni layihələrin hazırlanması, mövcud qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi, yeni xüsusi zonaların, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq investorların Azərbaycanın turizm sektoruna cəlb edilməsinə xüsusi önəm verilir. Eyni zamanda, proqramda Azərbaycanın zəngin mədəni irsinin təbliği, infrastrukturun yaradılması və peşəkar kadrların hazırlanması da əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu proqram 5 il müddətində uğurla icra edildikdən sonra Azərbaycanın turizm sektoru tamamilə yeniləşəcəkdir.

Azərbaycanın ən qədim yurd yerlərindən biri, minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvan da böyük turizm potensialına malik regiondur. Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün son dərəcə əlverişli stimul yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Xanəgah abidə kompleksi, Qurani-Kərimdə bəhs edilən Əshabi-Kəhf ziyarətgahı, Kültəpə abidələri, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, bu günümüzədək gəlib çıxmış sənətkarlıq nümunələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası bu diyarın əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy göl, həmçinin 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Naxçıvan torpağının analoqu olmayan turizm potensialıdır.

Təəssüf ki, keçmiş SSRİ dövründə Naxçıvanda turizmin inkişafına imkan verilməmişdir. Buna səbəb Naxçıvanın həm ucqar region, həm də sərhədyanı ərazi kimi dəyərləndirilməsi olmuşdur. Lakin Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra həyata keçirilən siyasət burada beynəlxalq turizmin inkişafına da əlverişli şərait yaratmışdır. Bazar iqtisadiyyatına keçilməsi ilə xalq təsərrüfatının istər dövlət, istərsə də özəl sektorlarında əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin artmasına, onların sosial vəziyyətinin yaxşılaşmasına təkan vermişdir.

Həm istehsal, həm də müxtəlif xidmət sahələrində sahibkarlıq fəaliyyətinin genişlənməsi, ticarətin tamamilə liberallaşması, sərhədyanı ticarətin genişlənməsi Naxçıvanın turizm imkanlarını artıran amillərdəndir. Əhalinin həyat səviyyəsinin yüksəlməsi isə adamları biznesin daha geniş və cəlbedici formaları, o cümlədən turizm ilə məşğul olmağa həvəsləndirir.

Bu baxımdan beynəlxalq turizmin bölgə əhalisinin gələcəkdə daha çox fayda götürə biləcəyi bir sahəyə çevriləcəyinə inam böyükdür. 2006-cı ilin noyabrında Naxçıvan şəhərində keçirilmiş "Turizm, inkişaf və perspektivlər" mövzusunda beynəlxalq konfrans da muxtar respublikada turizm sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addım olmuş və yeni layihələrin hazırlanmasına rəvac vermişdir.

Naxçıvanda turizmin bir çox istiqamətlərini inkişaf etdirmək mümkündür. Dünya təcrübəsində geniş populyarlıq qazanmış ekoturizm, mədəni-tanışlıq turizmi, sağlamlıq turizmi, dini turizm, kənd-yaşıl turizmi kimi sahələrdə turizmin inkişafına ümidlə baxılır. Tarixi İpək Yolu üzərində yerləşməsi, Türkiyə və İran kimi dost, həm də güclü əhali ehtiyatlarıına malik ölkələrlə həmsərhəd olması bu bölgəyə gələcəkdə turist axınının perspektivindən xəbər verir.

Naxçıvanın digər mühüm xüsusiyyətlərindən biri isə bu bölgənin zəngin tarixi keçmişə malik olmasıdır. Naxçıvan torpağı XII yüzilliyin böyük memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin vətənidir. Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi Hinduşah bin Səncər bin Abdulla Naxçıvani (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış Məhəmməd Naxçıvani (XIII-XIV yüzillər) maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi. Naxçıvan eləcə də Kalbalı xan Naxçıvanski, onun oğlu, general Hüseyn xan Naxçıvanski, görkəmli hərb xadimi Cəmşid Naxçıvanski, Azərbaycan ədəbiyyatının klassik yazıçılarından olan Cəlil Məmmədquluzadə, romantik şair və dramaturq, Stalin repressiyasının qurbanı olmuş Hüseyn Cavid, istedadlı rəssam Bəhruz Kəngərli kimi tanınmış simaların vətənidir.

Naxçıvan XX əsrdə dünyaya Heydər Əliyev kimi dahi bir siyasət və dövlət xadimi bəxş etmişdir. Bir sözlə, Naxçıvanın özü bir tarixi muzeydir. 5000 ilə yaxın yaşı olduğu göstərilən bu şəhərdəki görkəmli tarixi abidələr mədəni-tanışlıq turizminin inkişafı üçün olduqca əlverişli imkanlar açır.

Naxçıvanda digər turizm növləri ilə bərabər ekoturizmin müxtəlif formalarının təşkili üçün də əlverişli imkanlar vardır. Məlumat üçün deyək ki, ekoturizm öz motivlərinə görə təbiətlə canlı ünsiyyətdə olub, təbii gözəlliklərlə tanışlıq deməkdir. Müasir dövrdə isə insanlarda dağlarda, ekoloji cəhətdən təmiz ərazilərdə dincəlməyə, kənd evlərində istirahət etməyə meyillilik artmışdır. Naxçıvan Muxtar Respublikasında turizmin bu növlərinin, yəni ekoloji, kənd, müalicə və ziyarət turizmi növlərinin inkişafı üçün böyük imkanlar vardır. Naxçıvanda bu turizm sahəsi üçün zəruri olan təbii gözəlliklər kifayət qədərdir. Digər tərəfdən bu ərazilərin sənaye tullantıları ilə çox az çirklənməsi təmiz hava, su, o cümlədən yüksək keyfiyyətli ərzaq məhsulları ekoturizm potensialı haqqında fikir söyləməyə əsas verir.

Bununla bağlı ilk uğurlu addımlar ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Şahbuz Dövlət Təbiət Qoruğu və akademik Həsən Əliyev adına Ordubad Miili Parkının yaradılması olmuşdur..

Turizm sektoru bu gün muxtar respublikada yeni-yeni formalaşmaqdadır. Son vaxtlar bölgədə turizm imkanlarının genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Müstəqilliyin ilk illərində yaranmış iqtisadi-siyasi problemlər həll edildikcə mövcud turizm potensialının işlənilməsi və inkişaf etdirilməsi aktual mövzuya çevrilmişdir. Son illərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları və bulaq-abidə kompleksləri istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Həmçinin, dünyada analoqu olmayan Duzdağ Fizioterapiya Xəstəxanası və Darıdağ arsenli su müalicəxanası müayinə, müalicə və istirahət üçün hər cür imkanlara malikdir.

Maddi-mədəniyyət nümunələrinin diyarı olan Naxçıvan turizm baxımdan cəlbedici regiondur. Muxtar respublikada turizmin imkanları onun əlverişli coğrafi mövqeyi və təbiəti, zəngin mədəni tarixi, abidələri, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri, mehmanxana və hotelləri ilə ölçülür. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqedə yerləşməsi, Türkiyə və İranla həmsərhəd olması da turizmin inkişafına şərait yaradan amillərdəndir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Gülbuta Babayevadan öyrəndik ki, muxtar respublikada 1165 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Onun 56-sı dünya əhəmiyyətlidir. Ümumilikdə muxtar respublikada 1 milli park, 2 təbiət yasaqlığı, 1 tarix-memarlıq qoruğu, 1 tarixi bədii qoruq, 1 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu, 3 teatr, 22 muzey, 2 filarmoniya, 7 lisenziya almış mehmanxana vardır. Bu mehmanxanalardan biri - “Təbriz” beşulduzlu mehmanxana sertifikatı almışdır.

Dünyanın dilbər guşələrindən biri kimi şöhrət tapan, 9 iqlim qurşağını birləşdirən ölkəmizin bir sıra regionları öz turizm potensialını bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən 1-ci ümumrespublika daxili turizm sərgisində nümayiş etdirmişlər. Sərginin qədim Naxçıvana aid stendində “Duzdağ”, “Təbriz”, “Avtovağzal”, “Nəqşicahan” hotelləri, Şərur Olimpiya-İdman Kompleksinin mehmanxanası haqqında məlumatlar, həmçinin muxtar respublikada istehsal edilən məhsullar, çaylar, sənətkarların əl işləri, xalçalar, muzey eksponatları da nümayiş etdirilmişdir. Belə sərgilərin turist sayının artmasında böyük rolu vardır. Gülbuta Babayevanın sözlərinə görə, hər il turizm mövsümündə Naxçıvana dünyanın müxtəlif ölkələrindən istirahət və müalicə məqsədi ilə turistlər gəlir.

Bu ilin ilk 6 ayında muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 126 min 314 nəfər turist gəlmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricini 13,3 faiz və ya 14 min 792 nəfər üstələyir. Onu da qeyd edək ki, muxtar respublikaya daha çox Türkiyə və İrandan turistlər gəlir. Turistlər arasında Niderland, Suriya, Almaniya, Fransa, Rusiya, Moldova, Nigeriya, ABŞ, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələnlər də vardır.

Naxçıvan həm də müxtəlif xarakterli beynəlxalq tədbirlərin ev sahibinə çevrilmişdir. 2008-ci ildə burada İslam Konfransı Təşkilatının “Dini və sağlamlıq turizmi. Mənəvi və fiziki istirahətin təşkili” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü Naxçıvan şəhərində çox yüksək şəkildə təşkil olunmuşdur.

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri həm də 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Bu isə muxtar respublikanın gələcəkdə İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən daha yaxşı tanınmasına və həmin ölkələrdən coxlu sayda turist axınına səbəb olacaqdır. Bununla da Naxçıvan həm də İslam mədəniyyətinin Şərqdən Qərbə doğru uzanan böyük bir körpüsü, dayanacağı olduğunu sübut edəcəkdir.

Rabil KƏTANOV

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbir keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcılıq Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan

ABŞ-da təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” layihəsini təqdim edib

“ASAN Məktub” yaz düşərgəsi təşkil olunub

Zaur Ramazanov: “Zirə” yalnız bəxt hesabına “Qarabağ”a qalib gələ bilər

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü VİDEO

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıblar

Ağdamda məişət tullantılarını tutumlardan kənar yerlərə atan şəxslər barəsində protokol tərtib edilib

Emin Əmrullayev: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb

Nazir: Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisası tədris ediləcək

DSX: Ötən ay dövlət sərhədini pozduqlarına görə 126 nəfər saxlanılıb

Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olub