İQTİSADİYYAT
Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0102012496 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10 milyon manat və AZ0104013492 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 26,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,3604 (gəlirlilik 12,0854 faiz) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti noyabrın 15-dir.
Eyni zamanda, AZ0104013492 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 89,4131 (gəlirlilik 11,9056 faiz) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 2017-ci il mayın 16-dır.