Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü kimi qeyd olunur

Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü kimi qeyd olunur

Bakı, 21 mart, AZƏRTAC

Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

2021-ci ildə Beynəlxalq Meşələr Günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında qeyd olunur.

Meşə ilə örtülü sahələr respublika ərazisinin 11,8 faizini əhatə edir

Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir.

Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu - Meşələrin İnkişafı Xidməti vasitəsilə həyata keçirilir.

    Ötən il 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri

                                            həyata keçirilib

Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2,0 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51,0 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb.

Ötən il payız mövsümündə işğaldan azad olunmuş Cəbrayıl, Füzuli, Ağdam, Qubadlı və Zəngilanda yerli şəraitə uyğun ağaclar əkilib, meşəcinsli ağac toxumları səpilib.

                                         Builki mövsüm bir başqadır...

Builki yaz ağac əkini mövsümü öz məxsusiliyi ilə seçilir. Çünki bu il mövsümə işğaldan azad edilmiş Zəngilan rayonundan start verilib. Martın 9-da keçirilən aksiyada 1000-dən çox ağac əkilib. Ümumiyyətlə, mövsüm başlayandan indiyədək Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlifcinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu il ilkin olaraq yaz əkin mövsümündə 200 hektara yaxın meşə fonduna daxil olan ərazidə ağac əkmək nəzərdə tutulub. Payız əkin mövsümündə də bu işlər davam etdiriləcək və bütövlükdə 1000 hektara yaxın ərazidə bu işlər görüləcək: "Təkcə ağac əkmək yox, meşəbərpaya, təbii bərpaya kömək üçün də tədbirlər keçirilir. Hər bir ağac qulluq tələb edir. Əsas hədəfimiz əkilən ağaclara qulluq etmək və ölkəmizdə meşələrdə tala adlandırılan seyrək əraziləri ağaclarla əhatə etmək, respublikamızda meşələrin, yaşıllıq ərazilərin faizini artırmaqdır. Çünki o ölkə yaşıl ölkə sayılır ki, onun ərazisinin 20 faizindən çoxu meşə ilə örtülü olsun. Bu istiqamətdə də müvafiq işlər görülür".

Nazir müavininin sözlərinə görə, düşmən əsarətindən azad edilən torpaqlarımızda işğala qədər 260,3 min hektar ərazidə meşə fondu var idi. Onun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü idi: "İlkin aparılmış monitorinqlər nəticəsində və kosmosdan əldə edilmiş fotolara əsasən müəyyənləşdirilib ki, 54 min hektar ərazi tamamilə məhv edilib. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə yerləşirdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da, yaşıllıq ərazilər olub. Vandalizmin miqyası çox dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, yenə də həmin rəqəmlərdən az olur. Ölkə başçısının elan etdiyi kimi “Böyük qayıdış”dan irəli gələrək planlarımız var. Həmin əraziləri yenidən bərpa edəcəyik. Sevindirici haldır ki, yaz əkin mövsümünün ilkini elə işğaldan azad olunmuş ərazilərdən birində - Zəngilanda başladıq. Azad edilmiş torpaqlarımız işğalda olarkən erməni terrorçuları tərəfindən minalandığından hələ ki, orada kütləvi tədbirlər keçirilmir. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparırlar. Ərazilər təmizləndikcə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Həmin ərazilərdə oranın təbiətinə uyğun ağac növləri əkiləcək. Əsasən meşəcinsli ağaclara üstünlük veriləcək. Gələcəkdə isə orada tinglik təsərrüfatlarının da yaradılması nəzərdə tutulur ki, təbiətimizə dəymiş ziyanı zaman-zaman bərpa edilsin. Bu qısa müddətdə olan məsələ deyil, uzun zaman lazım olacaq. Bununla yanaşı, dəymiş ziyan monitorinqlər keçirilərək öyrənilir. Bu məsələ beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Bildiyimiz kimi Azərbaycan 20-yə yaxın Konvensiyanın tam hüquqlu üzvüdür. Həmin konvensiyaların nümayəndələri ölkəmizə gələcək və işğaldan azad edilmiş ərazilərdə birgə monitorinqlər keçiriləcək. Onlar erməni vandallarının 30 il ərzində bizim təbiətimizə nə qədər ziyan vurduqlarının şahidi olacaqlar. Biz o əraziləri yenidən dilbər guşələrə çevirəcək, həmin torpaqların əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya bir daha sübut edəcəyik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, dünyanın əksər ölkələri ilə müqayisədə respublikamızda meşə əraziləri azdır. Bu da meşələrin mühafizə olunmasının, meşəbərpa tədbirlərinin həyata keçirilməsinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Ölkəmizdə adambaşına 0,12 faiz meşə sahəsi düşür. Respublikamızda meşələrin sahəsi az olmasına baxmayaraq, flora aləmi olduqca zəngindir. Burada 450 növə qədər yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70 növü relikt və endemikdir.

N.Xıdırov, həmçinin deyib: "Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərimizdə minadan təmizləmə işləri həyata keçirilir. Bu işlər başa çatandan sonra meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub. Bunun üçün toxum və əkin materialı ehtiyatı var. Həmçinin düşmən əsarətindən azad olunan ərazilərdə meşəbərpa tədbirlərinin aparılması üçün xüsusi proqram hazırlanır".

                        Martın 21-i Ağaclar və Ümumdünya Yer kürəsi günləri kimi də qeyd edilir

Bu gün bir sıra ölkələrdə, həmçinin Ağaclar Günü kimi də qeyd olunur. Bununla yanaşı, hər il martın 20-21-də Ümumdünya Yer kürəsi Günü də qeyd edilir. Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə qeyd edilir. Yer Kürəsi Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Gününün beynəlxalq səviyyədə qeyd olunmasına başlanılıb. Ümumilikdə isə Yer kürəsi Günü əsasən iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ-nin müdafiə nazirləri Sinqapurda görüşəcəklər

Fatih Birol: COP29 üzrə danışıqlar təmiz enerjiyə investisiyaların həcmini artırmağa kömək etməlidir

Azərbaycanın Gürcüstandakı səfiri iranlı həmkarına başsağlığı verib

Çində keçmiş məmura rüşvətə görə ömürlük həbs cəzası verilib

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Polşada Avropa tarixinə dair zəngin material verən dəfinə tapılıb

"Sərhədsiz incəsənət" sərgisi açılıb

Srebrenitsa soyqırımının şahidləri BMT-nin qətnaməsini alqışlayırlar

Milli Oftalmologiya Mərkəzi Yevlax sakinləri ücün tibbi aksiya keçirəcək

Tayani: İtaliya Serbiyanın Aİ-yə üzv olmasını dəstəkləyəcək

Kubada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Elmin populyarlaşdirilmasi istiqamətində növbəti mühazirə oxunub

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!