QAN YADDAŞI
Masallıda məskunlaşmış Xocalı sakinləri ilə görüş
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 25-də Masallı Rayon İcra Hakimiyyətində rayonun Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib.
Masallı rayonunda məskunlaşmış Xocalı sakinlərinin məişət və sosial problemlərinin daim diqqət mərkəzində olduğunu vurğulayan R.Hüseynov Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırımıları sırasında yer aldığını deyib.
Görüşdə çıxış edən Ərkivan qəsəbəsindəki uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri düşmən tapdağı altında qalmış torpaqlarımızın, o cümlədən Xocalının dövlətimizin başçısının rəhbərliyi ilə tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [09:00]
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
- 08.04.2024 [10:39]
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
- 08.04.2024 [08:00]
Ağdaban faciəsindən 32 il ötür
- 31.03.2024 [08:55]
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
- 31.03.2024 [08:25]
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı
- 31.03.2024 [08:00]
Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir
- 29.03.2024 [18:51]