REGİONLAR
Masallının mədəniyyət işçilərinə mükafatlar təqdim olunub
Masallı, 1 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə çalışan bir qrup mədəniyyət işçisinə Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirakına görə mükafatlar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
B.Qılıncov İdarənin son zamanlardakı fəaliyyəti və reallaşdırılan yeni layihələrdən danışaraq, təltif olunan işçilərin sonrakı tədbirlərdə də fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib.
Mədəniyyət işçiləri göstərilən diqqətə və onların yaradıcı əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.