Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir.

Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.

Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.

Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.

Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.

Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirən valideyn Hacıbala BABAYEV dedi:

-Cənab Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik.

Cənab Prezident, bu gün bizim çoxdan arzuladığımız bir gündür. Bu yeni təhsil ocağı övladlarımızın xoş gələcəyini göstərir.

Cənab Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin və yeni yaşayış massivinin sakinləri adından ürəkdən “Çox sağ olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə təhsil alacaq gənclərimiz gələcəkdə dövlətinə, millətinə, Prezidentinə layiqli övladlar olacaqlar.

Uzun illərdir ki, cənab Prezident, bizim övladlarımız çətinliklə uzaq məsafə qət edərək təkcə Maştağa qəsəbəsindəki orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki məktəblərdə də təhsil alırdılar. Bu da övladlarımız üçün çətinlik yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə və biz sakinlərə göstərdiyiniz qayğının nəticəsində bu narahatlığımıza son qoyuldu.

Cənab Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik.

Möhtərəm cənab Prezident, biz sakinlər adından Sizə, Sizin ailənizə, övladlarınıza cansağlığı, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi.

Müəllimə Arizə MAHMUDOVA: Cənab Prezident, Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada neçə müəllim işləyir?

Direktor Qənirə ƏMİRCANOVA: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq.

Prezident İlham ƏLİYEV: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər.

Qənirə ƏMİRCANOVA: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar.

Prezident İlham ƏLİYEV: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular.

Qənirə ƏMİRCANOVA: Bəli, kənar yerdə oxuyurdular.

Prezident İlham ƏLİYEV: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb.

Qənirə ƏMİRCANOVA: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır.

Prezident İlham ƏLİYEV: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq.

Qənirə ƏMİRCANOVA: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək.

Qənirə ƏMİRCANOVA: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir.

Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik.

Qənirə ƏMİRCANOVA: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik.

Prezident İlham ƏLİYEV: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm.

X X X

Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.

Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.

Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub  Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Fuad Muradov Moldovada bir sıra rəsmi görüşlər keçirib

“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

Cənubi Koreya raketdən müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır

Özbəkistan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı səylə inkişaf etdirir – Daşkənddən baxış

Köç karvanı Xocalıya çatıb

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoyub

Azərbaycan Prezidenti: 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi planlaşdırırıq

Kiyev: “Storm Shadow” raketləri Rusiya ərazisinə Londonun icazəsi ilə atılıb

Bakıda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Polşa Belarusla sərhəddə bufer zonası yaratmaq niyyətindədir

Qazaxıstanın türk dövlətlərinə göndərəcəyi tranzit yükün həcmi artacaq

Rəşad Əhmədov: Ötən il vətəndaşlara 75-80 milyon manata yaxın sığorta ödənilib

Ötən il Braziliyada meşələrin qırılması 11,6 faiz azalıb

Təl-Əvivdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

SOCAR enerji sənayesinin avtomatlaşdırılması ilə bağlı müqavilə imzalayıb

Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” mövzusunda tədbir keçirilib

İsveç Kiyevə 1,25 milyard dollarlıq hərbi yardım paketi ayırır

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Dövlət Komitəsinin sədr müavini ADA Universitetində diplomatlara mühazirə deyib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan

Şəkidə taxıl biçininə 113 kombayn cəlb ediləcək

Abbasqulu ağa Bakıxanovun yeni çap olunmuş əsərləri ictimaiyyətə təqdim edilib

Şuşa Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdədə ictimai dinləmə keçiriləcək

“Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin icrasına başlanılır

Dəridə turşuluq dərəcəsinin dəyişməsi sızanaqlara səbəb ola bilər

Leonid Slutski: Qarabağ Azərbaycandır!

Azərbaycanda buğda unu və çörək məhsulları ilə bağlı yeni qaydalar gələn il yanvarın 1-də qüvvəyə minəcək

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil edilib

"Dinamo"nun baş məşqçisi: Mahir Emreli tezliklə komandadan ayrıla bilər

Türkmənistanda Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Səməd Seyidov: Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib VİDEO

COP29 Azərbaycan Sədrliyinin Könüllülük proqramı bu gündən etibarən fəaliyyətə başlayır

Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq

Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyi: Yaşıl enerjinin inkişafı sahəsində Azərbaycan və Tacikistanın güclü potensialı var – MÜSAHİBƏ

ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyasını əldə edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib

Rotterdamda 28 May - Müstəqillik Günü təntənə ilə qeyd edilib

Strasburqda Müstəqillik Günü qeyd olunub

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı Türkiyədə nəşr olunub

Bakıda 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb VİDEO

Dünya çempionu: Azərbaycana qızıl medalla qayıdacağıma inanırdım

Şəkidə nöqsanlar aşkarlanan şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

“Qarabağ” Andrey Lunyovla müqaviləni yeniləməyə yaxındır

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycanın Müstəqillik Günündə Londonda qlobal iqlim dəyişikliyi ilə bağlı vacib müzakirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri Ramiz Məmmədovdan

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib YENİLƏNİB

Naxçıvanda yaşayan sığortaçılar 2010-cu ildən bəri dövrlə bağlı təzminat tələb edə bilərlər

Konqo Demokratik Respublikası yeni hökumətin tərkibini açıqlayıb

Bu ilin dörd ayında məcburi dövlət sosial sığorta üzrə 53,6 milyon manat vəsait ödənilib

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 5 nəfər xilas edilib

Filadelfiya şəhərində 100 yaşlı cütlük evlənib

Tramp məhkəmə xərclərini ödəmək üçün təyyarəsini satıb

“Havelsan” radarları: Türkiyənin təhlükələrin qarşısının alınmasında uğurlu təcrübəsi

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir

NBA: “Minnesota Timbervulvz” seriyada ilk qələbəsini qazanıb

Çin rəsmisi: Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

Cənubi Koreya ilə BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

Azərbaycan Kubokunda finala doğru: Son 16 mövsümdə ilk dəfə

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

® “AccessBank” daxili audit funksiyasının xarici keyfiyyət qiymətləndirilməsi üzrə tender elan edir

“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

Türkiyədə tarixi canlandıran azərbaycanlı rəssamın arzusu Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır VİDEO

Vaxtilə işğal altında olmuş ərazilərin minalarla çirklənməsi milli səhiyyə sistemi üçün çətinlik yaradır

“Araz-Naxçıvan” baş məşqçisi ilə müqaviləni uzadıb

Nərimanov rayonunda qumbara aşkarlanıb

İmişlidə yol qəzası zamanı motosikletçi ölüb

Naxçıvanda “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir

Kişi həndbolçular arasında Azərbaycan Kubokunun finalçıları bəlli olub

Portuqaliya Ukraynanın yenidən qurulmasına 137 milyon dollar verəcək

DİN: Son iki gündə 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Suriyalı zəvvarlar üçün 13 illik fasilədən sonra uçuşlar bərpa edilib

Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Salyan və Neftçala rayonlarında Kür çayı daşa bilərmi? FOTO VİDEO

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Azərbaycanın Müstəqillik Günü İstanbulda təntənəli bayram tədbiri ilə qeyd olunub VİDEO

Kolumbiyada öküz döyüşləri qadağan edilib

Fuad Muradov Moldovada yaşayan Azərbaycan icması ilə görüşüb VİDEO

Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub VİDEO

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib

Laçında "Sağlam həyat" günlərinə start verilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib