ELM VƏ TƏHSİL
“MƏDƏNİYYƏT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA ELMİ KONFRANS
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aspirant və gənc tədqiqatçıların “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirilmişdir.
Universitetin prorektoru, dosent Rafiq Sadıqov ADMİU-da 40-a yaxın ixtisas üzrə mütəxəssis hazırlandığını və bu ali məktəbin Azərbaycanın mədəniyyət və incəsənət sahəsinə peşəkar aktyorlar, musiqiçilər, rejissorlar və digər sənət sahiblərini bəxş etdiyini bildirmişdir.
Sonra “Azərbaycanda radionun yaranma və inkişaf tarixi”, “Turizmin elmi-kulturoloji mahiyyəti və onun ilk şərtləri”, “Mədəniyyət müəssisələrinin inkişaf perspektivləri”, “Azərbaycanda reklam mədəniyyəti” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Universitetin bir qrup tələbəsi elmi-tədqiqat işlərində fərqləndiklərinə görə mükafatlandırılmışdır.