SİYASƏT
Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək
Bakı, 1 may, AZƏRTAC
Bu Forum Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxta təsadüf edir. İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mədəniyyət naziri Şeyx Salem Xalid Abdullah Məhəmməd Əl-Qasimi “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.
O bildirib ki, dünya sülhün təşviqi üçün çalışmalıdır. Hədəflərə doğru birgə işləməliyik. Biz qlobal mədəni intibaha doğru addımlamalıyıq.